Bilbordlarda reklam necə olmalıdır?

Bilbordlarda reklam, SMM, Sharaf Media

Bilbordlarda reklam rəqəmsal reklama rəğmən hələ də öz aktuallığını qoruyur. Səbəb nədir?

-Əhatə dairəsi genişdir

-Diqqət çəkicidir.

-7 gün 24 saat aktivdir.

Bilbord reklamlarının əsas auditoriyası piyadalar və sürücülərdir. Deməli, biz bilbordlarda reklam verərkən bu auditoriyanın özəlliklərinə diqqət etməliyik. İndi isə nümunələrlə birlikdə bilbordlarda reklam verməyin vacib detallarını nəzərdən keçirək:

Məkan: Bilbordlarda reklam verərkən ərazinin xeyli insan tərəfindən istifadə edildiyinə əmin olmalıyıq. Bu ərazilər gəzinti yerləri, ticarət mərkəzləri, restoranlar, plazalar, xəstəxanalar və.s ola bilər. Eyni zamanda tez-tez tıxacların olduğu yerlərdə də bilbord reklamları üçün əlverişlidir. Çünki sürücülər tıxac müddətində vaxtlarının keçməsi üçün hər obyektə göz gəzdirirlər.

Söz sayı: Bilbordlarda reklam verərkən söz sayının maksimum az, hətta 6 sözü keçməməsinə diqqət yetirməliyik. Hərf sayı da önəmlidir. Çünki bizim auditoriyamızın bir hissəsi sürücülərdir. Onlar sükanda olarkən uzun yazıları oxuya bilmirlər.

Vizual: Bilbordlarda reklam təqdim etdikdə söz və görüntü balansının qeyri-bərabərliyi təmin olunmalıdır. Yəni şəkil daha ön planda verilməlidir. Görüntü həmişə daha çox diqqət çəkir.

Şəraitə uyğun: Bilbordlarda reklam nümayişi üçün məkan axtararkən əksər insanlar daha geniş mühiti əhatə edən, əlavə heç nə olmayan şərait axtarırlar. Lakin məsələyə baxış bucağınızı dəyişərək böhranı fürsətə çevirə bilərsiniz.

    

Yaradıcı: Burada isə söz bizdə yox, şəkillərdədir. Bilbordlarda reklam nümunələrindən yaradıcı olanları sizinlə bölüşürük. Əgər siz də Bilbordlarda reklam verərək xidmətinizi, yaxud məhsulunuzu tanıtmaq istəyirsinizsə, “Sharaf Media” reklam agentliyinə müraciət edə bilərsiniz.

        





Əhməd Rəcəbli 19A
Khalili Plaza, Baki
+994 70 491 07 07
+994 70 621 07 05
office@sharafmedia.az
info@sharafmedia.az