“Google My Business” nədir? 

Google reklam, Google My Business, Sharaf Media 

google xeritede noqteGoogle reklam  şirkətinizin irəliləməsi və satışlarınızı həyata keçirməyiniz üçün nə qədər gərəkli olursa olsun, mütləq ödənişsiz resurslardan da istifadə etməlisiniz. Bu resurslardan biri də “Google My Business” platformasıdır.

“Google My Business” şirkətinizə nə qazandıracaq? 

- Şirkətiniz Google reklam edilməsə də, axtarışda rəqiblərinizə nisbətən daha öndə olacaqsınız;
- Şirkətinizin ünvanı daha rahat tapılacaq;
- İnsanlar sosial şəbəkələr - “Facebook” və “Instagram” xaricində də sizin haqqınızda olan rəylərlə tanış ola biləcəklər;
- İş saatları da daxil olmaqla digər məlumatlarınız daha əlçatan olacaq. 

 

Niyə “Google My Business” platformasını istifadə etməliyik? Çünki bu, sizi axtaranlarda daha ciddi, güvənilir və professional olduğunuz haqqında təəssürat yaradır.

 

Google reklam etmək çox insana qəliz gəlir. Lakin “Google My Business”in istifadəsi olduqca rahatdır. Platformadan qeydiyyat “Gmail” hesabı vasitəsilə həyata keçirilir. Siz ilk olaraq “Google Business”, yaxud “Google My Business”də qeydiyyatdan keçməlisiniz. Növbəti mərhələdə isə ardıcıl olaraq məkanınızı, şirkətinizin adını, ünvanını, aid olduğu kateqoriyanı, web sayt adresini qeydetməlisiniz. Prosesin sonrakı hissəsində sizə göndərilən təsdiqləmə kodunu “Google MyBusiness”dəki təsdiqləmə hissəsinə qeyd etməlisiniz. Kod təsdiq olunduqdan sonra şirkətiniz Google axtarış sistemində və xəritələrdə aktivləşəcək.

 

“Google My Business” sizə şərait yaradır ki, fəaliyyətinizlə bağlı mütəmadi olaraq paylaşım edəsiniz. Hətta insanların işini asanlaşdırmaq üçün “Sifariş et”, ”Ətraflı məlumat əldə et”, ”Zəng et” kimi funksiyalar da əlavə edə bilərsiniz. Bu, müştərilərinizlə əlaqələrinizi möhkəmlədəcək. Çünki onlar keyfiyyətli məhsulla yanaşı, işlərini asanlaşdıran xidməti də nəzərə alırlar. 

 

Siz tək xidmət və məhsullarınızla bağlı informasiyaları deyil, hansısa tədbirinizlə bağlı elanı da paylaşa bilərsiniz. Bu zaman elanın müddətini qeyd edərək insanlara daha detallı məlumat vermək imkanınız olur. 

 

“Google My Business”in statistikaları heç də Google reklam verdikdən sonra aldığınız statistikalardan geri qalmır. “Google My Business”də şirkətiniz haqqında edilən araşdırmalarla bağlı 1 həftə, 1 ay, son 3 ayın statistikalarını əldə edə bilərsiniz. Bundan əlavə, müştərilərinizin sizi təsadüfən, ya məqsədli şəkildə, yəni məhz sizi axtararaq tapıb-tapmadığını da öyrənə bilərsiniz.

 

Niyə “Google My Business” istifadə edək? 

İnternetdə şirkətlərlə bağlı axtarış etdikdə qarşımıza qarışıq, bəzən isə səhv informasiyalar çıxa bilir. Fəqət bu bilgiləri özümüz idarə edəndə problemin böyük bir hissəsi aradan qalxır. Bununla yanaşı, sizin şirkətin bir neçə filialı və hər filialın öz məlumatları olduqda siz onları ayrı-ayrılıqda yerləşdirə bilirsiniz. Həm də hər müştəri məhz aidiyyəti filiala rəy, mesaj yazdığı üçün onları daha rahat izləyə bilirsiniz. 

 

Əgər “Biz öz işimizi görək, rəqəmsal mühiti isə peşəkarına həvalə edək” deyirsinizsə, elə indi “Sharaf Media” reklam agentliyi ilə əlaqə saxlayın.

Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 70 621 07 05
office@sharafmedia.az
info@sharafmedia.az