Reklam çəkilişi

Reklam çəkilişi marka tanınırlığını artırmaq, doğru hədəf kütləyə çatmaq üçün ən uğurlu kampaniyalardan biridir. Siz doğru reklam cekilisi ilə satışlarınızı artıra, daha çox müştəri bazasına sahib ola bilərsiniz. Həmçinin, reklam çarxların çəkilişləri hədəf kütləylə marka arasında bir növ bağ yaranmasına da kömək edir. Sizin həyata keçirdiyiniz səmimi reklam kampaniyaları - çəkilişləri müştərilərinizdə markanıza qarşı simpatiya, güvən hissi yaradacaq.

 

Reklam çəkilişi

Bu günün marketinq tendesiyalarına görə reklam çəkilişləri, əsasən, video çəkilişlər olur.

Hazırda, sosial media reklamlarının ən güclü alətlərindən biri olan instagramda daha çox video reklam kampaniyalarına  yer verilir. Reels`lər adlandırdığımız bu videolar instagram kütləsinin əsas maraq dairəsindədir. Əsasən, 30 - 60 saniyəlik olan reels`lər milyonlarla baxış sayı toplaya bilir. Bu səbəbdən markalar üçün reklam kampaniyalarında üstünlük video çəkilişlərə verilir. Reklam cekilisleri ən uğurlu reklam kampaniyası hesab olunur.

 

Uğurlu reklam çəkilişləri markanızı hər zaman bir addım öndə saxlayacaq. Ancaq yaxşı reklam çəkilişinin bir neçə prinsipi var. Bunlara əməl edildiyi halda siz uğurlu reklam çəkilişi ərsəyə gətirə bilərsiniz.

 

Addım-addım reklam çəkilişi prosesi 

 

Reklam çəkilişinin hədəfi

 

Öncə reklam çəkilişinin əsas məqsədi təyin olunmalıdır. Siz bu reklam çəkilişi ilə hansı kütləyə çatmaq istəyirsiniz? Bu reklam çarxların çəkilişi özündə hansı dəyərləri birləşdirməlidir? Bu suallara cavab verərək məqsədinizi təyin edə bilərsiniz. Reklam hədəf kütlənizin maraqları ilə üst-üstə düşməlidir, kütlənin dəyərlərinə zidd olmamalıdır. Əks halda markanın imicinə ciddi zərər vermiş olarsınız.

 

Reklam çəkilişinin ssnerasi

 

Reklam hədəfi seçildikdən sonra artıq reklam ssenarisi haqqında düşünə bilərik. Bu mərhələdə kreativ, trendlərə uyğun ideyalar düşünülür. Reklam çəkilişinin əsas konsepti təyin olunur. Bu reklam duyğusal, əyləncəli, mizahlı və ya məlumatlandırıcı ola bilər.

 

Bu hissədə əsas məqam odur ki, reklamın yayımlanacağı platformanın əsas tələbələri ödənməli, platformanın trendləri nəzərə alınmalıdır. Əgər sonda ərsəyə gəlmiş video məhsul platformanın tələbəni uyğun deyilsə, bu artıq uğursuz sayılır. Məsələn, tik-tok platforması üçün 2-3 dəqiqəlik video hazırlanmısınızsa, bunu tam uğurlu hesab etmək olmaz. Çünki, platformanın əsas tələbə 30 saniyə 1 dəqiqə arası videoların yayımlanmasıdır.

 

 

Reklam çəkilişi üçün komanda və avadanlıqlar

 

Reklam çəkilişini uğurlu edən məhz çəkiliş komandası və istifadə olunan avadınlıqlardır. Peşəkar komandayla çəkilmiş reklam, yüksək ehtimalla uğurlu alınır. Peşəkar komanda professional kameraya, işıqlandırma sistemlərinə və səs avadanlığına sahib olmalıdır.

 

Məkan seçimi, çəkiliş

 

Video reklam çarxların çəkilişində məkan seçimi əsas faktorlardan biridir. Məkan reklam konseptinə uyğun olmalıdır. Çəkiliş günündən əvvəl son hazırlıqlar görülməli, çəkiliş zamanı kənar işlərlə vaxt itirilməməlidir.

 

Edit prosesi sonuncu və ən vacib mərhələdir. Bu mərhələdə reklam çəkilişinin yekunu baş tutur. Video konseptə uyğun səslə edit olunur, həmçinin, səs effektləri, keçidlər, animasiyalar və. s videoya əlavə olunur.

 

Video çarxların ölçüləri

 

Reklam videoları paylaşıldığı platformaya əsasən müxtəlif ölçülərdə ola bilər.

 

Instagram Reels:

 

Şaquli ( vertikal ): 9:16, 1080 x 1920 piksel

           TikTok üçün video ölçüsü
 

Şaquli ( vertikal ): 9:16, 1080 x 1920 piksel

 

Üfüqi ( horizontal ): 16:9, 1920 x 1080 piksel

 

Yotube üçün video ölçüsü

           

            Üfüqi ( horizontal ): 16:9

            240p: 426 x 240 piksel

            360p: 640 x 360 piksel

            480p: 854 x 480 piksel

            720p (HD): 1280 x 720 piksel

            1080p (Full HD): 1920 x 1080 piksel

            1440p (2K): 2560 x 1440 piksel

            2160p (4K): 3840 x 2160 piksel

            4320p (8K): 7680 x 4320 piksel

 

 

 

Televiziya üçün video ölçüləri

 

Üfüqi ( horizontal ): 16:9, 1920 x 1080 piksel (Full HD).

 

 

Reklam çəkilişinin marka üçün əhəmiyyəti

 

Reklam çəkilişləri geniş auditoriyaya çataraq markanın tanınmasına böyük dəstək verir. Sosial media, digər rəqəmsal platformalarda paylaşılan bu videolar ilə insanlar

marka haqqında məlumat əldə edə bilirlər.

 

Reklam videoları mövcud müştəri ilə marka arasında olan bağı daha da gücləndirir, uzun müddətli müştəri loyallığını qorumaqda kömək edir.

Reklam çəkilişləri yeni müştəri qazanmaqda da effektivdir. Əsasən, sosial mediada paylaşılan reklam videoları daha çox müştəri qazandırır.

 

Azərbaycanda reklam çəkilişləri brend üçün böyük əhəmiyyət kəsb edən, effektiv reklam kampaniyalarındandır. Peşəkar komanda ilə ərsəyə gələn reklam cekilisi, brendinizi hər zaman öndə tutub, tanınırlığını və satışını artıracaq. Brendiniz üçün reklam çarxların çəkilişlərini Sharaf Media reklam agentliyinə həvalə edə bilərisiniz. Çəkiliş prosesini başdan sona təşkil edib ərsəyə gətirməkdə peşəkar komandamızla hər zaman xidmətinizdəyik!

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance