Loqo hazırlanması çox vacib, bir şirkətin brend kimi sözün əsl mənasında ağıllarda yer alması üçün ən önəmli proseslərdən biridir. Loqo adətən simvolları, stilizə edilmiş mətni və ya hər ikisini ehtiva edir. Loqolar adətən bir şirkət və marketinq mütəxəssisləri ilə məsləhətləşərək qrafik dizaynerlər tərəfindən hazırlanır.
Loqoların üç kateqoriyası var və tez-tez birlikdə istifadə olunur. Bu üç kateqoriya bunlardır:
İdeoqraflar - tamamilə mücərrəd ola bilən sərbəst formada təsvirlər.
Piktoqraflar - simvolik, təmsilçi təsvirlər.
Loqotiplər - şirkətin baş hərfləri kimi sadə, mətn təmsilləri.
Şirkətin şəxsiyyətinin vacib hissəsi olan loqo şirkətin brend mahiyyətini və ya şirkətin nəyi təmsil etdiyini çatdırmağa çalışmalıdır. Bu, loqo dizaynını qrafik dizayner üçün kritik bir işə çevirir və kreativ yaradıcılıq tələb edir. Loqo bir şirkəti təsvir etmək və ya birbaşa satmaq üçün nəzərdə tutulmayıb. Bunun əvəzinə, onun yeganə məqsədi şirkəti cəlbedici və tanış bir şəkildə müəyyən etməkdir. Məsələn, Apple loqosu olaraq dişlənmiş almadan istifadə edir. Dişlənmiş alma heç bir şəkildə şirkətin nə etdiyini və ya satdığını izah etmir, lakin fərqli və tanınır.
1.Beynəlxalq təşkilatlar və ya şirkətlər üçün simvolizm və ya rəng birləşmələrində mədəni fərqlər nəzərə alınmalıdır.
2.Loqo uzunmüddətli olmalıdır, çünki o, müştərilərə loqonu gördüyü zaman tanış gəlməli və marka sadiqliyini təşviq etmək məqsədi daşıyır. Nəticə etibarı ilə loqotiplər çox vaxt yenidən dizayn edilmir.
3.Unikallıq loqononun ən önəmli prinsiplərindəndir.Orijinal loqo dizaynı təmsil etdiyi şirkəti, məhsulu, şəxsi və s. rəqiblərindən fərqləndirmək üçün zəruridir. Loqoda istifadə ediləcək oxşar simvollar bazarda olmamalı, fərqli rənglərdə olsalar belə, məşhur markaların loqolarındakı simvollar əsla istifadə edilməməlidir. Məşhur loqolardan hissələri toplayaraq loqo hazırlamağa çalışmamalısınız. Təqlid reputasiyaya xələl gətirir. Buna görə stok şəkillərindən istifadə etmək əlverişsizdir. Digərləri fond saytlarından götürülmüş şəkillərdən istifadə etmək olar. Buna görə orijinal loqo vacibdir.
4.İmic yaratmaq üçün loqo aid olduğu şirkəti, məhsulu, şəxsi və s. yaxşı təqdim etməlidir. Loqoya baxdıqda onların kim olduğunu, nə işlə məşğul olduqlarını, necə işlədiklərini və s. başa düşülməlidir.
5. Loqo üçün loqo ilə əlaqəli olacaq bir şüar hazırlanmalıdır. Bu yaddaqalanlığı daha çox artırır. Loqonu görən şüarı, şüarı görən isə loqonu xatırlamalıdır.
Təbii ki,yuxarda da saydıqlarımız loqo hazırlanması üçün bütün şərtlər olmasa da nəzərə alınması gərəkən ən önəmli şərtlərdən bir neçəsidir.Biz Sharaf Media olaraq sizə sizin imicinizi,unikallığınızı,şüarınızı ən yaxşı şəkildə izah edəcək ağıllarda qalacaq loqolar təqdim etməyi təklif edirik.Artıq ağıllara qazınacaq loqo üçün düzgün adresi bilirsiniz.