BRENDINQ, BRENDINQ NƏDİR, BREND XIDMƏTI
Brendinq (Branding) ingilis dilindən "markalaşmaq" kimi tərcümə olunur və yaranma hekayəsi Amerika maldarlarlarına qədər gedib çıxır.
Amerikalı maldarlar heyvanın kimə aid olduğunu anlamaq üçün öz sürülərini damğalayırdılar.
“Branding”in maraqlı hekayəsi buradan başlasa da, günümüzdə brendinqin marka və reklam agentlikləri üçün strateji əhəmiyyəti daha böyükdür.
Bir marka müəyyən bazar şərtlərini ödədikdə və arxasında duran yaxşı bir idarəetmə komandası olduqdan sonra ilk nəyə ehtiyac duyur? Düzgün brendinqə.
Brendinqi bir filmdə markanızı canlandıran obraz kimi təsəvvür edin. Bu obrazın kimliyini ad, loqo, rəng, stil və s. kimi ilkin şablonlar müəyyən edir, reklam agentlikləri vasitəsilə də brend-imiciniz yaranır.
Əgər markanız “bazar səhnəsində” yaddaqalan obraz yaratsa, onun hər hansı sitatı və imici artıq dillərdən düşməyəcək. Beləliklə, brendinq markanızın adını görmədən ona aid spesifik simvol ilə markanın tanıdılmasını təmin edəcək.
Güclü brend güclü satıcı deməkdir. Güclü brend “Arifə bir işarə də bəs edər” prinsipi ilə məhsulunu satır. Düşünün bir müştəri idman ayaqqabılarının içində onun keyfiyyəti ilə maraqlanmadan birbaşa “Nike” alırsa, bu artıq bir markanın gəldiyi ən pik nöqtədir. Fanatik dərəcədə brendə etibar edən müştəri brendin gücünü təmsil edir.
Brendiniz istehlakçıya bir vəd mənbəyidir. Əgər özünüzü ən uzunömürlü istehsalçı kimi təqdim edirsinizsə, markanız buna uyğun olmalıdır. Markanızı araşdırmaq, müəyyənləşdirmək və yaratmaq üçün vaxt ayırmaq vacibdir. Markalar bu prosesdə daha çox reklam agentlikləri ilə əməkdaşlıq edirlər.
Müştərinin etimadını yaratdığınızı düşünürsünüzsə, bu 3 suala cavab verə bilərsiniz:
Məhsul və ya xidmət gözlənildiyi kimi fəaliyyət göstərir?
Keyfiyyət vəd olunduğu qədər yaxşı idi, yoxsa daha yaxşıdır?
Müştəri təcrübəsi müsbət oldumu?
Bu 3 suala müsbət cavab verə bilsəniz, sadiq bir müştəri yaratdığınız anlamına gəlir.
Brendinq yalnız hədəf kütlənizin sizi rəqabət mühitində seçməsi üçün deyil. Həm də problemlərinizə və ya ehtiyaclarınıza həll yolunun yeganə təminatçısı kimi baxma perspektivlərinizi əldə etməkdir. Brendinq mahiyyət etibarilə belə problemləri həll edir.
Yaxşı bir brendinq üçün nə etmək lazımdır?
- Aydın bir mesaj göndərin;
- Markanın bazarda etibarlılığını təsdiq edin;
- Hədəf perspektivlərini bir məhsul və ya xidmət ilə emosional şəkildə birləşdirin;
- Alıcını alış-veriş etmək üçün motivasiya edin;
- İstifadəçi etimadı yaradın.
Brendiniz “Avengers” olsun.
Qüsursuz brendin artıq özünü reklam etməsinə ehtiyac yoxdur. İnsanlar markanı sizin əvəzinizə reklam etməyə başlayacaqlar. Bu andan etibarən nəhəng bir qalmaqala qarışmayıb imicinizi məhv etmədiyiniz müddətdə işiniz çox yaxşı gedəcək. Əlbəttə ki, bu barədə ayıq qalmaq həmişə faydalıdır. Çünki belə bir məqamda belə böhran riskləri olacaq. Bir sözlə, risklər həmişə mövcud olacaqdır, amma buna dəyər.
Bir sıra reklam agentlikləri brendinqi əsas qayəsinə çevirib. Bütün branding xidmeti brandbook hazırlanması proseslərində sizə uğurla dəstək olacaq bir yoldaşa ehtiyacınız olduğunu düşünürsünüzsə, bu mövzuda “Sharaf Media” reklam agentliyi olaraq brendinq xidmeti sizə kömək edə biləcəyimizi xatırlatmaq istəyirik.