Müştərilərə təqdimat biznesin başlıca prioritetidir. Marketinq agentliyi birlikdə işləyən təlim keçmiş şəxslərdən və ya marketoloqlardan ibarət komandadır. Əgər mövcud reklam strategiyalarınız vasitəsilə müştəriləri cəlb etməkdə çətinlik çəkirsinizsə və ya marka tanınımlığını artırmaq istəyirsinizsə Sharaf media marketinq agentliyi ilə əlaqə saxlamağın vaxtıdır. Yeni məhsul və ya xidmətlərinizi tanıtmaq və loyal müştəriləri çoxaltmaq istəyirsinizsə, marketinq agentliyi bunu yaxşı bacaracaq. Bundan əlavə, Sharaf Media axtarış motorunun optimallaşdırılması (SEO) məzmunu, klik başına ödəniş (PPC) reklamları, e-poçt marketinqi, veb sayt dizaynı və digər xidmətlərin həyata keçirilməsində biznesinizə köməklik göstərəcək.
Rəqəmsal marketinq xidmətləri Google və digər platformalar vasitəsilə reklamların yaradılması və idarə edilməsi prosesləri daxildir. Bu kateqoriyaya aid olan PPC reklamları ödənişli reklamlardır. Marketinq agentliyi vasitəsilə rəqəmsal dünyada öz mövqeyinizi möhkəmləndirə biləcəksiniz.
SEO vasitəsilə reklam ödənişi xərcləri çəkmədən, orqanik yollarla axtarış kateqoriyasında ön sıralarda yer alacaqsınız. Sharaf Media marketinq agentliyinin təcrübəli SEO mütəxəssisləri bu mövzuda sizə köməklik göstərəcək.
SMM (Sosial Media Marketinq) dedikdə isə buraya sosial media postlarının hazırlanması, LinkedIn, Facebook, Instagram və sair kimi kanallar vasitəsilə sosial media varlığınızı və müştəri trafikinizi idarə etmək daxildir. SMM-lər həmçinin biznesiniz üçün yeni sosial media strategiyaları müəyyən edə bilirlər.
Sosial media strategiyasının müəyyən edilməsi dedikdə, şirkətinizin keçmiş və cari kampaniyalarını və nəticələrini təhlil etmək, satışları artırmaq üçün yeni yollar planlaşdırmaq nəzərdə tutulur. Marketinq agentliyimiz sosial mediada markanızı inkişaf etdirmək üçün geniş SMM komandasına sahibdir.
Marketinq agentliyində yer alan digər sahə isə kopirayterlikdir. Kopirayter marketinq və tanıtım materiallarında istifadə olunan mətnin və ya surətin yazılmasına cavabdeh olan peşəkar yazıçıdır. Bizneslər bazarlarını genişləndirmək, potensial müştərilərlə əlaqə qurmaq üçün kopirayter vacib rol oynayır.
Marketinq agentliyi funksiyalarını əksəriyyətini üç əsas kateqoriyaya bölmək olar:
1. Biznes məqsədlərinizə uyğun marketinq imkanlarının müəyyən edilməsi
2. Marketinq strategiyalarının həyata keçirilməsi
3. Marketinq strategiyaları və taktikalarının performansının ölçülməsi və təhlili
Sharaf Media marketinq agentliyi nail olmaq istədiyiniz bütün marketinq məqsədləri, strategiyaları və taktikaları ilə sizə kömək edəcək müxtəlif ekspertlərdən ibarət komanda işə götürür. Çünki hədəflərinizə yalnız bir marketinq taktikası ilə nail olmaq mümkün deyil.
Marketinq agentliyinin xidmətlərinə daxildir:
Biznesinizə yeni müştərilər cəlb etmək: İlk addımlardan biri hədəf auditoriyanızı müəyyənləşdirmək və onları şirkətinizə yönəltməyin yollarını tapmaqdır. Marketinq agentliyi müştəriləri cəlb etmək üçün strategiyalar hazırlayır, biznes məqsədlərini və hədəf auditoriyanızı müəyyən edir.
Planlama: Yeni media yaratmaq və mövcud medianızı optimallaşdırmaq üçün planlar hazırlamaqla agentliklər materiallarınızın lazımi kanallarda paylaşılmasını təmin edir.
İctimai əlaqələr: Cəmiyyətin gözündə şirkətinizin imici vacibdir. Agentlik ictimaiyyətlə əlaqələr tədbirlərini və kommunikasiyaları idarə etməyə və planlaşdırmağa kömək edə bilər.
Rəqin analizi: Agentliyimiz bazar araşdırması edərək, rəqiblərinizi müəyyənləşdirir və yeni marketinq strategiyası müəyyənləşdirir.
Marketinq agentliyi ilə işləməyin faydaları
Rəqəmsal mövcudluq: Günümüzdə rəqəmsal dünyanın gücü danılmazdır.Məhz bu səbəbdən rəqəmsal sferada mövcudluq vacibdir. Sharaf Media marketinq agentliyi rəqəmsal sferada marka imicinizi formalaşdıracaq.
Hədəf auditoriya: Siz müştərilərinizi tanısanız da, agentliklər hədəf kütlə haqqında geniş biliyə malikdirlər. Agentliyimiz cari müştəri profilinizi təhlil etməklə bazarı hədəfləmək üçün effektiv üsullar təklif edir.
Büdcəyə qənaət: Doğru müştəriləri hədəf almaqla gəlir və xərcləriniz tənzimlənəcək. Daha az reklam xərcləri ilə daha çox müştəri və yeni satışlar əldə edəcəksiniz.
Yaradıcı və peşəkar perspektiv: Bəzən sizə lazım olan tək şey ikinci baxışdır. Geniş təcrübəyə malik olan agentliyimiz fərqli sahələr üzrə bir çox müştəri ilə işləmişdir və cari strategiyalarınızı necə təkmilləşdirəcəyinizə dair yüksək təcrübəyə malikdir.
Bəs güvənilir marketinq agentliyi necə tapmaq olar?
Agentliklər ilə işləyərkən, siz göz oxşayan, sərfəli və gəlir gətirən yeni reklamların necə yaradılmasına dair perspektivlər əldə edə bilərsiniz.
Sharaf Media reklam agentliyi bir çox tanınmış marka ilə əməkdaşlıq edərək, sonsuz sayda uğura imza atmışdır. Agentliyimizə müraciət edərək, sizə lazım olan bütün reklam xidmətlərindən yararlana bilərsiniz.