Qablaşdırma dizaynı

Qablaşdırma dizaynı marketinqin ən vacib elementidir

Marketinq dünyasında güclü rola malik olan qablaşdırma dizaynı göründüyü qədər sadə proses deyil. Effektiv qablaşdırma dizaynı brendin rəqabət qabiliyyətini güclü şəkildə artıra, reklam xərclərini əhəmiyyətli dərəcədə azalda və hətta əlavə xərclərə ehtiyac olmadan məhsulu bazara çıxara bilər.

Sharaf Media reklam agentliyi olaraq, biz qablaşdırma dizaynını sıfırdan yaradaraq, brendin DNT-sini qoruyur və yenidən dizayn edirik. Həmçinin qablaşdırma dizaynı edərək, müəyyən edilmiş brendin imicini yeniləyirik.

Qablaşdırma əsas marketinq sahələrindən biridir. Qablaşdırma dizaynı etməklə, satışlarınız artır, marka məlumatlılığı çoxalır və məhsulunuz bazarda daha güclü mövqeyə sahib olur.

 

Qablaşdırma dizaynı

Qablaşdırma dizaynı

Agentliyimiz göz oxşayan pərakəndə qablaşdırma dizaynı ilə məhsullarınızı ən effektiv üsulda bazara təqdim edəcək. Burada mövzu daha parlaq rəngdən və ya daha qalın şriftdən istifadə etmək deyil. Məhsulunuzun cəlbedici görünməsi üçün, onu markanızla əlaqələndirmək və unikal qablaşdırma dizyanı yaratmaq vacibdir.

Dizaynda sadəliyi vurğulayaraq, məhsulunuzu ön plana çəkmək vacib rol oynayır. İnsanların bir baxışda markanızın adını və məhsulun məqsədini müəyyən edə bilmələrini istəyirsinizsə, Sharaf Media agentliyi bu mövzuda sizə köməklik göstərəcək.

Məhsullarınızı yalnız onlayn bazara çıxarsanız belə, qablaşdırma dizaynı vacibdir, çünki o, marka bilinirliyində böyük rol oynayır.

Hər bir paket dizaynı üç əsas suala cavab verməlidir:

1.Bu məhsulun funksiyası nədir ?

2.Mən niyə bu məhsulu almalıyam?

3.Məhsul hansı markaya məxsusdur?

Məqsədimiz qablaşdırma dizaynından əvvəl uğurlu qablaşdırma dizaynı hazırlamaqdır. Çünki uğurlu qablaşdırma dizaynı sayəsində məhsullarınızı böyük auditoriyaya təqdim edərək müəyyən mənada reklam edə bilərsiniz. Uğurlu qablaşdırma dizaynı rənglər, şriftlər və şrift ölçüləri, fotoşəkillər, logonuz və s. arasında olan harmoniyanı ehtiva edir. Əldə etdiyimiz qablaşdırma sayəsində müştəri bazanız artıbsa, gözlənilən sayda və ya daha çox məhsul sata bilirsinizsə, o deməkdir ki, biz real uğur qazanmışıq.  

Qablaşdırma dizaynlarının hazırlanması prosesi

Qablaşdırma dizaynları məhsullarınızın reklamı baxımından nəzərə alınması lazım olan bir faktordur. Hər şeydən əvvəl dizayn ediləcək məhsulu tanımaq və yoxlanılan məhsula uyğun möhkəm, orijinal, yaradıcı və təsir edici dizayn hazırlamaq üçün çox səy və səbr tələb edən bir prosesdir. Bu prosesdən sonra faktiki qablaşdırma dizayn mərhələsi başlayır.

Qablaşdırma dizaynında marka, şəkillər, mətn, fotoşəkillər, simvollar və rənglərdən istifadə olunur. Əgər qablaşdırma dizaynını sizin üçün müştəri ilə ünsiyyət quracaq bir vasitə hesab etsək, sadaladığımız amillərin harmoniyası, orijinallığı və yaradıcılığı çox önəmlidir. Dizaynların müvəffəqiyyətli olması üçün istehlakçı psixologiyası haqqında məlumatın olması lazımdır. İstehlakçıların məhsula baxışları, gözləntiləri və düşüncələri qablaşdırma dizaynında da öz əksini tapmalıdır.

 Məhsulun qablaşdırılma dizaynı mərhələləri

İlkin olaraq dizaynını hazırlayacağımız məhsul ilə bağlı ətraflı araşdırma aparırıq. Daha sonra isə dizayn edəcəyimiz məhsula aid qablaşdırma materialı seçməliyik.

İkinci mərhələdə hədəf auditoriyamızı müəyyənləşdiririk. Qablaşdırılacaq məhsulun və ya qidanın hədəf auditoriyası uşaqlar, yaşlılar, qadınlar, kişilər və ya  hər hansı bir sahə ola bilər. Bu amillər sayəsində bizə istifadə edəcəyimiz şrift, rənglər və dizayn ediləcək loqo haqqında ilkin məlumatlar əldə edirik. Hədəf auditoriyasının məhsulları haradan aldığını təhlil etmək bizə uğurlu qablaşdırma dizaynı yaratmağa kömək olacaq.

 Bütün mərhələləri tamamladıqdan sonra, qablaşdırma dizaynı hazırlamağa başlaya bilərik.

Qablaşdırmasını dizayn etməyə başlayacağımız məhsul və ya qidanın bütün təhlilləri və qiymətləndirmələri nəticəsində əsas vəzifə dizayn mərhələsidir. Burada məqsədimiz əldə etdiyimiz məlumatlar çərçivəsində unikal, cəlbedici, orijinal və kreativ dizaynlar yaradaraq siz dəyərli məhsul sahiblərini məmnun etməkdir. Hazırlayacağımız bir neçə nümunə çərçivəsində sizə seçim haqqını təqdim edir və fikirlərinizi götürərək qablaşdırma dizaynınızı inkişaf etdirməyə çalışırıq.

Əgər bazara çıxarmaq və ya tanıtmaq istədiyiniz, həmçinin qablaşdırmasın yeniləmək istədiyiniz məhsulunuz varsa, sizə kömək etməyə hazırıq. Qablaşdırma dizaynı haqqında daha ətraflı məlumat almaq üçün Sharaf Media reklam agentliyinə müraciət edə bilərsiniz.

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance