TV və Radio reklam Azərbaycanda - reklam texnologiyanın inkişafı iyirmi birinci əsrdə TV və radionun, o cümlədən onlarda yayımlanan reklamların aradan qalxacağı fikirlərini ağıla gətirirdi. Fəqət insanlar yeniliklərlə yanaşı, seçim şansını da çox sevirlər. Bunun nəticəsidir ki, hələ də insanlar TV və radiodan qopa bilməyiblər. Onlar da müəyyən qədər yeniliyə ayaq uyduraraq internet üzərindən yayıma keçiblər. Bütün bunlara görə günümüzdə TV reklam və radio reklam öz aktuallığını qoruyur.
Biz televiziya istifadəçilərini 2 kateqoriyaya bölürük:
1. Son xəbərlər və bazardakı yenilikləri KİV, əsasən də TV–dən izləyən əhali;
2. Televiziyadan istirahət vaxtlarında dincələrək istifadə edən əhali.
Radio kanalları dinləyənlər isə daha çox sürücülər və sərnişinlərdir.
Bu qanunauyğunluqları nəzərə alaraq, reklamınızı lazımlı vaxt çərçivəsində, uyğun kanal və proqramda, düzgün auditoriyaya təqdim etmək gərəkdir.
TV və Radio reklam Azərbaycanda
TV və Radio-da reklamın Üstünlükləri:
• TV reklam ən kütləvi reklam növüdür
• Reklamın yayımının istənilən vaxt və verilişdə mümkünlüyü
• Məhsulun nümayişinin mümkünlüyü
• Məhsulun faydasının nümayişi
• Bir çox reklam stimullarının istifadə mümkünlüyü (təsvir, rəng, səs, hərəkət, mətn)
• Məhsulunuzun sevilən aparıcı tərəfindən təqdim olunması.
Tv və radio reklamı az məbləğ tələb etmədiyindən hər bir şirkətin fəaliyyət növünə, xidmət sahəsinə, büdcəsinə görə düzgün kanal, veriliş, vaxt, reklam növü və sairə məqamlara diqqət yetirmək lazımdır.
Üstəlik reklam agentliyinin kanallarda və radio stansiyalarda yüksək endirimi olmalıdır.
Sharaf Media bu sahədə Sizə köməklik etməyə hazırdır.