MARKETİNQ XİDMƏTLƏRİ
Marketinq xidmətlərində strategiyası olmayan şirkətin əziyyəti havada uçan şar kimidir. Bir müddət sonra yoxa çıxacaq və sonu necə oldu heç kim bilməyəcək, heç bir kəsin də yadına düşməyəcək. Şirkətin fəaliyətində, satışında, brend formalaşmasında ən vacib məsələlərindən biri marketinqdir. Əksər şirkətlər markanın tanıdılmasını daxili marketinq komandasına həvalə edirlər. Daxili komandanın markanın tanıdılmasını daha peşəkar səviyyədə edəcəyini düşünsələr də bu heç də həmişə belə olmur. Çünki daxili marketinq komandası məsələlərə subyektiv yanaşacaq. Lakin marketinq xidmətləri təklif edən şirkətlər şirkətlə bağlı həm obyektiv fikirlərə sahib olacaq, həm da portfoliosu rəngarəng olduğu üçün fərqli yanaşmalara sahib olacaq.
Bütün marketinq aktivliyini peşəkarlığına bələd olduğunuz marketinq agentliyinə etibar edərək siz minimum büdcə ilə maksimum reklam nəticələrinə nail ola bilərsiniz.
MARKETİNQ XİDMƏTLƏRİ
Bir çox şirkətə marketinq xidməti göstərən peşəkarlarla işləmək daha sərfəli və məqsədəuyğundur. Bu zaman siz marketinq departamenti təşkil etmək üçün lazım olan xərclərdən və bu işə zaman ayırmaqdan azad olursunuz.
Marketinq agentliyi hər bir sahə üzrə mütəxəsis deməkdir. Bütün işlər peşəkarlar arasında bölüşdürülür və komanda olaraq marketinq strategiyası həyata keçirilir. Marketinq aktivlikləri fərd deyil, komanda şəklində görmək hər zaman daha effektiv nəticə verir.
Komanda olaraq sizə aşağıdakı xidmətləri də təklif edirik:
Reklamın planlaşdırılması;
Məhsulun təqdim olunması;
Satış;
Dijital (rəqəmsal) və oflayn marketinq;
Xərclərə qənaət;
Bütün qeyd olunan vacib sahələrdə şirkətinizə faydalı olmağa hər zaman hazırıq.