Brendinq bir məhsul üçün uzunmüddətli istehlakçı seçimini yaratmaq üçün hədəflənmiş marketinq səyləridir. Sharaf Media reklam agentliyi markalaşma, marketinq kommunikasiyalarının inkişafı və tətbiq etməsini həyata keçirir. Biz Sharaf media reklam agentliyi olaraq brendinq edərkən əsas məqsədimiz markanın istehlakçıların zehnində özünə digər markalardan fərqli yer etməsini təmin etməkdir. Biz bu məqsədimizə nail olmaq üçün brendinqin bütün elementlərini bir-biri ilə ahəng təşkil edəcək şəkildə yaradırıq. Bizim üzərində işləyib ərsəyə gətirdiyimiz ticarət nişanı, qablaşdırma, reklam və məhsulun mövqeləndirilməsi tam bir sistem olaraq təşkil olunur.
Brendinq və brandbook hazırlanması
Brendinq fəaliyyətinin həyata keçirilməsi zamanı şirkətin imici vizual olaraq idarə edilir. Sharaf Media reklam agentliyinin dizaynerləri müəssisənizə, məhsul və xidmətlərinizə uyğun gözoxşayan və unikal vizual məhsullar - Loqo, ofis məhsulları, brendbook, vizit kart, təqvim və.s hazırlamaq üçün xidmətinizdədir.
Brandbook brendin hərtərəfli təsviridir. O, brendin mahiyyəti, missiyası, fəlsəfəsi haqqında məlumatlardan ibarətdir. Beləliklə, brandbook brendin bir növ “pasportudur”.
Brandbook marketoloqların, reklam mütəxəssislərinin, şirkət işçilərinin və xarici tərəfdaşların eyni üslubda, eyni şifahi və vizual dildə bir marka ilə işləmək üçün lazım olan bütün məlumatları özündə əks etdirir.
Brandbook hazırlanması bütün brendin uğurunun vacib şərtidir, çünki o, bir növ plana çevrilir, gələcək tədbirlər üçün lazım olan əsasdır.
Bizim peşəkar reklam agentliyi olaraq sizə təklif etdiyimiz brendinq xidmətindən yararlana və markanız üçün korporativ imic formalaşdıra bilərsiniz.