Naming nədir
Naming xidməti - adlandırma - bir marka, məhsul və ya xidmət üçün təsirli və yaddaqalan ad yaratmaq prosesidir. Bu proses brend imicinin mühüm hissəsidir və brendin müştərilərlə necə ünsiyyət quracağını, məhsulunuzun satış tendesiyasını, brendinizin gələcək inkişafını müəyyən edir.
Naming xidməti
Naming prosesi bir neçə mühim mərəhələdən ibarət olur.
1. Araşdırma və analiz
Bu mərhələdə hədəf auditoriyasını təyin etmək, bazar araşdırması etmək, brend dəyərlərini müəyyənləşdirmək kimi proseslər öz əksini tapır.
Hədəf auditoriyasını təyin etmək ən vacib məqamdır. Çünki digər proseslər hədəf auditoriyası nəzərə alınmaqla təyin olunur. Brend məhsulunun hansı kütləyə xitab edəcəyini təyin etməli, hədəf auditoriyasını tanımalıdır.
Bazar araşdırması da naming üçün mühim məqamdır.. Bazar araşdırması ilə rəqibləri tanıya, ümumi bazar tendesiyası ilə tanış ol bilərik.
Brend dəyərlərini müəyyən etmək naminglə birbaşa əlaqəlidir. Çünki naming brendin dəyərlərini, ötürmək istədiyi mesajı əks etdirir..
2. Breynstorminq
Bu mərhələdə yaradıcı ideyalar yaradılır və müxtəlif ad təklifləri toplanır.
Orijinal, cəlbedici və brend kimliyinə uyğun adlar yaratmağa çalışılır.
Daha sonraa breyin storminq nəticəsində əldə edilən adlar qiymətləndirilir və ən uyğun olanlar qeydə alınır..
Bu adların hamısının brendin hədəf auditoriyası ilə uyğun olub-olmadığı yoxlanılır.
3. Hüquqi nəzarət
Seçilmiş adların qanuni şəkildə istifadə oluna biləcəyi araşdırılır.
Onun müxtəlif dillərdə və mədəniyyətlərdə mənfi məna daşıyıb-daşımadığı yoxlanılır.
Gəlin Google şirkətinin Naming hekayəsi ilə tanış olaq. 1997-ci ildə yeni axtarış sistemləri üçün Larry Page və Sergey Brin daha cəlbedici və uyğun ad axtarmağa başladılar. "Googol" termini internetin nəhəng ölçüsünü simvolizə edən 10 üstü 100 sıfır (1-dən sonra 100 sıfır) deməkdir. Googol termini 1938-ci ildə Milton Sirotta tərəfindən istifadə edilmişdir.
Larri Page və Sergey Brin bu termini axtarış sistemləri üçün uyğun hesab etdilər və bu adı seçdilər. Çünki o, internetin nəhəng ölçüsünü və həcmini simvolizə edirdi. Lakin adda bir az dəyişiklik edərək, “Googol” əvəzinə “Google” adını istifadə olundu.
Bir teoriyə görə, "Googol" adı axtarış zamanı təsadüfən "Google" kimi yazılıb və bu şəkildə qəbul edilib.
Yaxşı ad brendin tanınmasını artırır və güclü imic yaradır. Naming insanlarda emosional hisslər yarada bilmək və markanın tanınırlığını artıqmaq gücünə malikdir. Unikal və cəlbedici ad brendi rəqiblərindən fərqləndirir. Effektiv ad daha uğurlu marketinq kampaniyalarını ortaya qoyur.
Adı tələffüz etmək və yazmaq asan olmalıdır. Unikal olmalı və digər markala adları ilə bənzərlik, eynilik təşkil etməməlidir. Ad başa düşülən olmalı, müxtəlif mədəniyyətlərdə mənfi məna daşımamalıdır.
Ad qanuni istifadə edilə bilməlidir.
Ad brendin ümumi strategiyası və vizyonu ilə uyğun olmalıdır.
İnternet üçün uyğun domen adı olmalıdır.
Azərbaycanda brendlər üçün neymin prosesi böyük əhəmiyyət kəsb edir.
Uğurlu neyminq prosesində diqqətli araşdırma, yaradıcı düşüncə və strateji qərarlar vermək önəmlidir. Bu proses brendin uğurunda mühüm rol oynayır. Brendiniz üçün peşəkar naming prosesini Sharaf Media reklam agentliyinə həvalə edə bilərsiniz.