YOUTUBE-DA REKLAM

Youtubeda reklam - TV-də reklam çarxı yerləşdirmək yüksək qiymətlərinə görə kiçik və orta biznes nümayəndələri üçün xəyal olaraq qalır. Buna görə də sizə YouTube platformasında televiziya reklamlarından da üstün xidmət təklif edirik.

YouTube-un təqdimata ehtiyacı olmadığına görə birbaşa burada reklam imkanlarından yazırıq.

Baxış zamanı istifadəçiyə Youtube reklam çarxınız təqdim olunur və bunun da çox yaxşı üstünlüyü var. Reklama ən azı 5 saniyə baxılmalıdır. Əgər çarx düzgün və maraqlı yığılıbsa, reklamınız istədiyiniz effekti verəcəkdir.

"Sharaf Media" komandası reklam çarxı yaratmaqda da sizə köməklik edə bilər.

YouTube-da reklam

YouTube-da reklam

 

YouTube-da reklam yerləşdirən zaman sizin öz potensial müştərilərinizi seçmək imkanınız var - şəhəri, yaşı, cinsi, maraqları və s.

Ən əsası Youtube-da reklamın göstəriş və ya baxış sayına görə ödəniş edirsiniz.

Bəs Youtubeda reklamlar hansı formalarda olur?

Görüntülü reklamlar: İzlənilən videonun sağında və təklif edilən videoların üstündə göstərilir.

Göstərildiyi platforma: Masaüstü

Xüsusiyyətləri: 300x60

Yer paylaşımlı reklamlar: Video ekranının aşağı qismindəki 20%-lik hissədə nümayiş olunan şəffaf örtük reklamları

Göstərildiyi platforma: Masaüstü

Xüsusiyyətləri: 468x60 və ya 728x90 şəkil reklamları və ya mətn reklamları

Keçiləbilən video reklamlar: Keçiləbilən video reklamlar sayəsində reklamı izləmək istəməyən şəxslər 5 saniyə sonra video reklamı keçə bilirlər. Reklam videosu əsas video başlamazdan öncə, izlənilən zaman və videonun sonunda görülə bilər. Bu seçimi aktivləşdirdiyinizdə ard-arda keçiləbilən və bumper reklamlar görə bilərsiniz.

Göstərildiyi platforma: Masaüstü kompüter, mobil cihazlar, TV və oyun konsolları

Xüsusiyyətləri: Video pleyerde oynadılır.

Keçiləbilməyən video reklamlar: Bu reklamları izləmədən keçmək mümkün deyil və əgər videonu izləyərkən belə reklam forması ilə rastlaşılarsa, sona qədər reklama baxılmalıdır. Bu video reklamlar da keçiləbilən Youtube reklamları kimi videonun əvvəlində, içində və sonunda yerləşdirilə bilər.

Göstərildiyi platforma: Masaüstü və mobil cihazlar

Xüsusiyyətləri: Video pleyerde oynadılır. Müddəti 15-20 saniyə arasında dəyişir.

Bumper reklamlar: Bu tip Youtube video reklamlarında 6 saniyəyə qədər olan video reklamlar mütləq izlənilməlidir. Bu seçim aktiv olduqda ard-arda keçiləbilən video reklamlar və bumper reklamlar görülə bilər.

Göstərildiyi platforma: Masaüstü

Xüsusiyyətləri: Video pleyerdə oynadılır və müddəti 6 saniyəyə qədər ola bilər.

Sponsorlu kartlar: Sponsorlu kartlarda videoda önə çıxarılan məhsullar kimi video ilə əlaqəli ola biləcək məzmunlar göstərilə bilər. Bu növ Youtube reklamlarında izləyicilər video davam edərkən bir neçə saniyəlik kart məlumatlarını görürlər. Kartlara baxmaq üçün isə video ekranının sağ yuxarı küncündəki işarəni vurmalıdırlar.

Göstərildiyi platforma: Masaüstü və mobil cihazlar

Xüsusiyyətləri: Kart ölçüləri fərqli olur

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance