Google-da reklam sizə nə verdiyini heç düşünmüsünüzmü? Biri deyib ki, əgər bir ölünü gizlətmək istəyirsənsə, bunun üçün ən etibarlı yer Google-ın ikinci səhifəsidir. Çünki ora baxmaq heç kimin ağlına gəlmir. Sözlərimizə belə vahiməli bir nöqtədən başlasaq da, əmin olun niyyətimiz çox yaxşıdır. İkinci səhifə ilə kim nə istəyir onu da etsin. Bizə birinci səhifə lazımdır ki, brendinizi insanlara çatdıra bilək. Əgər siz də potensial müştəriləriniz məhsul və xidmətinizlə bağlı açar sözləri google-da yazdıqları anda ilk qarşılarına çıxan sizin brendiniz olsun istəyirsinizsə elə indi bizə müraciət edin. Komandamız sizə bu istiqamətdə peşəkar dəstək göstərə bilər.
Google reklamlarından ən optimal şəkildə yararlanmaq üçün doğru strategiya müəyyənləşdirmək lazımdır. Lakin bu strategiyanı müəyyənləşdirmədən əvvəl cavablandırılmalı bəzi suallar var. Sizin üçün ilk növbədə prioritet məsələ satışları artırmaqdır ya brendinizi tanıtmaq? Bu sualın cavabı müəyyənləşdikdən sonra buna uyğun addımları atmaq çox asanlaşacaq.
Əgər siz ilk növbətə brendinizi tanıtmaq istəyirsinizsə sizin üçün Display və Youtube reklamları daha doğru seçim olacaq. Bu reklam modelləri sizə imkan verəcək ki, istifadəçilər sizin xidmət və ya məhsulu axtarmadığı halda reklamlarınız Youtube və saytlar vasitəsilə onların qarşısına çıxsın. Beləliklə brendiniz haqqında məlumat əldə etsinlər.
GOOGLE-da reklam vərmək
Yox əgər sizin üçün prioritet məsələ satışları artırmaqdırsa Axtarış sistemi reklamlarından daha yüksək nəticə ala bilərsiniz. Bu reklam modelində reklamınıza birbaşa məhsul və ya xidmətinizi axtaran insanlar kliklədiyi üçün satışlarınızda ciddi artışa səbəb olur. Elə bu səbəbdən Axtarış sistemi reklamları dünyanın ən çox pul xərclənən və ən effektli hesab olunan reklam növüdür.
Sizin üçün planlaşdıracağımız Google reklam strategiyasının üstünlükləri aşağıdakı kimidir:
· Qısa zamanda Google axtarışlarında üst sırada olmaq;
· Brendinizi sürətli və asan şəkildə tanıda bilmək;
· Açar sözlər vasitəsilə potensial müştərilərinizə çatmaq;
· Axtarış sistemlərinə uyğun təşkil edilmiş vebsaytınız sayəsində biznes potensialınızın artırılması;
· Sosial şəbəkələrdən istifadə etməyən auditoriyaya çıxış əldə etmək.
Sharaf Media Google-ın Azərbaycandakı rəsmi partyorudur və bizimlə çalışaraq bir çox imtiyazdan yararlana bilərsiniz. Biz sizin Google-dakı reklam varlığınızı (Google Ads və Google Adwords) gücləndirdikcə, satışlarınız və bazardakı mövqeyiniz də bir o qədər güclənəcək.