Billboard reklam məhsul və xidmətlər haqqında məlumatın yayılmasının ən effektiv üsullarından biri hesab olunur və digər reklam metodları ilə yüksək rəqabət aparır.
Billboard reklamı nəyə lazımdır? Sayt quruldu, ofis icarəyə götürüldü, əməkdaşlar seçildi – bir sözlə şirkət fəliyyətə başladı. Bu qədər əziyyətə baxmayaraq, insanlar turfirmanızın, kafenizin, gözəllik mərkəzinizin yanından adi bir obyekt olduğunu zənn edərək yan ötür. Daha qəlizi isə şirkət haqqında məlumatı olanların da şəhəri nöqtə-nöqtə axtarmasıdır. Səbəb isə – şirkətinizin olduğu ərazidə onun göstərəcək lövhə və ya yazının – bilbordun olmamasıdır.
Rəqəmsal dünya insanları nə qədər ağuşuna almış olsa da, billboard reklamları hələ də öz aktuallığını qoruyur. Çünki insanlar daima hərəkətdədir, hər gün harasa gedirlər. Çöldə gördükləri istənilən rəngi, maraqlı görüntülər onların diqqətini cəlb edir, o cümlədən də, bilbord reklamları.
Hazırda billbord reklamı obyektin yerini göstərən lövhə ilə yanaşı, şəhərdə ən yaxın supermarketin, yanacaqdoldurma məntəqəsinin, kafenin yerini bildirən və həmçinin yoldan ötən sərnişinləri 70% -lik endirimlərlə təəcübləndirən tablolar rolunda iştirak edir. Bu bilbord reklamının əvəzedilməz faydasıdır.
Təbii ki, digər reklam vasitələri kimi, bilborddakı reklamların da müxtəlif növləri var. Reklam monitorları son zamanlar geniş yayılmış olsa da, müştərilərin istəyindən asılı olaraq sadəcə şəkillərdən ibarət olan Bakıda bilbord reklamları da tez-tez qarşımıza çıxır.
Billboard reklamını quraşdırmaqdan əvvəl İlk növbədə müştəri ilə aşağıdakı məqamları dəqiqləşdiririk
- Billboard reklamın növü;
- Bilbord reklam ölçüsü
- Dizaynın hazırlanması;
- Çöl reklamın yerinin müəyyən edilməsi;
- Yerləşdirmə vaxtı və müddəti.
Sharaf Media reklam agentliyi xidmət və məhsullarınıza uyğun, maraqlı, gözoxşayan bilbordların hazırlanmasında sizə daim reklam xidmət göstərməyə hazırdır.