LOQOLARIN HAZIRLANMASI

Loqotip şirkətin vizual baxımdan ən əsas elementidir. Adətən, şirkətlərdə loqo daimi olur, bunun üçündə loqo yaradılması xüsusi diqqət tələb edir. Siz öz loqonuzla fəxr etməlisiniz. Loqotip orijinal olmalı və şirkətin prinsipləri əks etdirməlidir.

Loqo sifarişi zamanı şirkətin fəaliyyət dairələri ilə yanaşı loqonun yaradıcılığı da əsas amillərdəndir. Çünki rənglər və zövqlər nə qədər müxtəlif olsa da, yanaşmalar eyni cür ola bilir. Bu da bəzən bəzi şirkətlərin loqolarının oxşar olması ilə nəticələnir. Loqonun hazırlanması zamanı daha geniş araşdırma və müxtəlif təkliflərin hazırlanması şirkəti təkrarçılıq etməkdən qoruyur.

Bəzən bir loqonun dəyişməsi şirkətlərə külli miqdarda zərər vurur. Ona görə də loqolar olduqca uzun müddət istifadə olunur. Bu isə loqo hazırlanması ilə məşğul olan şirkətlərin detallara incəliklərinə qədər fikir vermələrini əsaslandırır.

Loqoların yaradılması agentliyimizin əsas xidmətlərindəndir. Bütün müraciət edən şirkətlər üçün loqonu xüsusi diqqətlə hazırlayırıq. Bu iş nə qədər məsuliyyət tələb etsə də, nəticə o qədər qürur verici olur.

Əhməd Rəcəbli 19A
Khalili Plaza, Baki
+994 70 491 07 07
+994 70 621 07 05
office@sharafmedia.az
info@sharafmedia.az