Marketinq xidmətləri

Marketinq xidmetleri

Marketinq xidmətlərində strategiyası olmayan şirkətin əziyyəti havada uçan şar kimidir. Bir müddət sonra yoxa çıxacaq və sonu necə oldu heç kim bilməyəcək, heç bir kəsin də yadına düşməyəcək. Şirkətin fəaliyətində, satışında, brend formalaşmasında ən vacib məsələlərindən biri marketinqdir. Əksər şirkətlər markanın tanıdılmasını daxili marketinq komandasına həvalə edirlər. Daxili komandanın markanın tanıdılmasını daha peşəkar səviyyədə edəcəyini düşünsələr də bu heç də həmişə belə olmur. Çünki daxili marketinq komandası məsələlərə subyektiv yanaşacaq. Lakin marketinq xidmətləri təklif edən şirkətlər şirkətlə bağlı həm obyektiv fikirlərə sahib olacaq, həm da portfoliosu rəngarəng olduğu üçün fərqli marketinq tədqiqatları yanaşmalara sahib olacaq.

Bütün marketinq aktivliyini peşəkarlığına bələd olduğunuz marketinq agentliyinə etibar edərək siz minimum büdcə ilə maksimum reklam nəticələrinə nail ola bilərsiniz.

MARKETİNQ XİDMƏTLƏRİ

MARKETİNQ XİDMƏTLƏRİ

Bir çox şirkətə marketinq xidməti göstərən peşəkarlarla işləmək daha sərfəli və məqsədəuyğundur. Bu zaman siz marketinq departamenti təşkil etmək üçün lazım olan xərclərdən və bu işə zaman ayırmaqdan azad olursunuz.

Marketinq agentliyi hər bir sahə üzrə mütəxəsis deməkdir. Bütün işlər peşəkarlar arasında bölüşdürülür və komanda olaraq marketinq strategiyası həyata keçirilir. Marketinq aktivlikləri fərd deyil, komanda şəklində görmək hər zaman daha effektiv nəticə verir.

Komanda olaraq sizə aşağıdakı xidmətləri də təklif edirik:

Reklamın planlaşdırılması;

Məhsulun təqdim olunması;

Satış;

Dijital (rəqəmsal) və oflayn marketinq;

Xərclərə qənaət;

Bütün qeyd olunan vacib sahələrdə şirkətinizə faydalı olmağa hər zaman hazırıq.

 

Marketinq tədqiqatları

Azərbaycanda marketinq tədqiqatları biznesin inkişafında və şirkətlərin sürətlə dəyişən şərtlərə uyğunlaşmasında mühüm rol oynayır. Artan rəqabət və iqtisadiyyatın rəqəmsallaşması kontekstində müəssisələr tələbi qiymətləndirmək, bazar nişlərini müəyyən etmək və tendensiyaları proqnozlaşdırmaq üçün sorğulardan, fokus qruplarından, istehlakçı davranışlarının təhlilindən və statistik məlumatlardan getdikcə daha çox istifadə edirlər.

Xidmət, ticarət və rəqəmsal platforma sektorlarına xüsusi diqqət yetirilir, burada müştərilərin seçimlərini başa düşmək daha dəqiq tanıtım strategiyaları marketinq tədqiqatları yaratmağa imkan verir. Dövlət və özəl təşkilatlar riskləri minimuma endirmək və marketinqin səmərəliliyini artırmaq üçün tədqiqata fəal şəkildə sərmayə qoyurlar

 

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
office@sharafmedia.az
info@sharafmedia.az