Çöl reklamı

 

Çöl reklamları nədir

Çöl reklamları  bizim hər gün küçədə rastlaşdığımız reklamlardır. Bu reklamlar binaların üzərinə, avtobus dayanacaqlarına, reklam lövhələrinə, led ekranlara yerləşdirilə bilir.

Çöl reklamlarının məqsədi geniş auditoriyaya çatmaq və reklamın uzun müddət görünməsini təmin etməkdir. Xüsusən şəhərlərdə çöl reklamları geniş istifadə olunur.

Bu tip reklamlar brendlər üçün böyük əhəmiyyət kəsb edir. Çöl reklamları markanın tanınmasında və insanlarda təəssürat yaratmaqda böyük rol oynayır.

 

Çöl reklamları

 

Çöl reklamlarının əhəmiyyəti

 

Çöl reklamları əsas marketinq stratergiyalarından biridir. Gəlin çöl reklamlarını əhəmiyyətli edən səbələrlə tanış olaq.

 

Geniş auditoriyaya çatmaq

Çöl reklamları şəhərlərdə gəzən milyonlarla insanın diqqətini çəkir. Bu geniş əhatə dairəsi brendlərə çoxlu sayda insana çatmaq imkanı verir.

 

Vizual güc və davamlılıq

Böyük və göz oxşayan reklam lövhələrində və ya hərəkət edən nəqliyyat vasitələrində reklam insanların zehnində qalıcı təsir yaradır. Düzgün hazırlanmış açıq hava reklamı hədəf auditoriyaya güclü təsir göstərə bilər.

 

Yerli hədəfləmə

Çöl reklamları müəyyən bir ərazidə yaşayan və ya oradan keçən insanlara çatmağa imkan verir. Xüsusilə regional fəaliyyət göstərən bizneslər üçün faydalı ola bilir.

 

Davamlı görünüş

Çöl reklamları gecə-gündüz fasiləsiz olaraq görünür. Beləliklə insanlar gün ərzində həmin reklamla dəfələrlə qarşılaşa bilirlər ki, bu da mesajın yaddaqalanlığını artırır.

 

Çöl reklamı

 

Çöl reklamlarının qiymətləri

 

Çöl reklamının qiymətləri istifadə olunan reklam növünə, reklamın yerləşdiyi yerə və reklamın müddətinə görə dəyişir. Ümumiyyətlə, böyük şəhərlərdə mərkəzi yerlərdə yerləşən reklam lövhələri daha baha başa gəlir, lakin daha çox insanın onları görməsinə zəmin yaradır. Qiymətlərə təsir edən bəzi amillər aşağıakılardır.

 

Məkan

İnsan axınının çox olduğu küçələrdə reklam yerləri daha bahadır. Eyni şəkildə, hava limanları və ya ticarət mərkəzləri kimi strateji yerlər də daha yüksək qiymətlərə malikdir.

 

Reklam növü

Ənənəvi reklam lövhələri ümumiyyətlə rəqəmsal reklam lövhələrindən daha ucuzdur. Bununla belə, rəqəmsal reklamlar hərəkətli olması ilə daha diqqəti daha çox cəlb edir.

 

Müddət

Reklamın nə qədər müddət göstərilməsi qiymətə də təsir edir. Uzunmüddətli icarələr çox vaxt daha sərfəli ola bilər.

 

Çöl reklamlarının tarixi

Çöl reklamları müasir marketinqin əsas alətlərindən birirdirır.. Onun tarixi insanlara mesaj çatdırmaq ehtiyacından doğmuşdur və qədim tarixə malikdir. İlk çöl reklamı, mağaza sahiblərinin satdıqları məhsulları tanıtmaq üçün dükanlarının qarşısında asdıqları lövhələrlə başladı. 19-cu əsrin ortalarında Amerikada ilk kommersiya reklam lövhələri yaranmışdır. Bu dövrdə qatar səyahətləri daha çox yayıldıqca, qatar xətlərinin keçdiyi yerlərdə reklam lövhələrinin populyarlığı artdı.

 

19-cu əsrdə texnologiyanın inkişafı ilə çöl reklamlar da məşhurlaşmışdır. Çöl reklamları rəqəmsal reklam lövhələri, LED ekranlar və interaktiv reklam texnologiyaları ilə daha dinamik və göz oxşayan hala gəldi.

 

Çöl reklamları brendlərin görünürlüğünü artırmaq, geniş auditoriyaya çatmaq və güclü brend imici yaratmaq üçün effektiv üsuldur. Keçmişdən günümüzə qədər inkişaf edən bu reklam növü texnologiyanın təsiri ilə getdikcə daha çox əhəmiyyət kəsb edir. Qiymətlər reklamın yerləşdiyi yerə, növünə və müddətinə görə dəyişsə də, düzgün strategiya ilə hazırlanan çöl reklamları brendlərə böyük gəlir gətirə bilər.

 

Çöl reklamlarını peşəkarlara əmanət edin!

Brendiniz üçün çöl reklamları çox böyük əhəmiyyət kəsir. Kreativ reklam lövhələri ilə milyonlarla insana çatıb, ciddi miqdarda gəlir əldə edə bilərsiniz. Ancaq bunun üçün keyfiyyətli reklam lövhələri yaratmaq vacibdir. Çöl reklamları üzrə uğurlu işlərə imzan atan Sharaf Media brendiniz uyğun reklam lövhəsi yaratmaqda sizə peşəkar xidmət göstərə bilər.

Çöl reklamlarını böyük həvəs və peşəkarlıqla çalışan kreativ komandımıza əmanət edə bilərsiniz!

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance