REAL TİME MARKETİNG (RTM) - bir neçə dəqiqəyə hədəf kütləsi üçün bir mövzunun potensialını müəyyənləşdirmək üçün fürsətdir. Bütün bunlar "buyer persona" -nızın (sayəsində insanların ehtiyacları, maraqları və digər hərəkətləri müəyyən edildiyi süni yaradılmış bir alıcı obrazıdır) mövcud şərtləri kontekstində baş verir. Nəticədə, konkret bir şəxsə xüsusi bir təklif edə bilirsiniz. Hər şey planlaşdırdığınız kimi getsə həmin şəxsə yox deyə bilməyəcəyi bir şərait yaranır.
RTM -in üsullarından biri də "newjacking", yəni "xəbər quldurluğu" - sözdə xəbər piratçılığıdır. Bu termin Amerikalı marketoloq, yazıçı və satış strategisti David Mirman Scott tərəfindən hazırlanıb və şirkət ideyalarını mövcud xəbər hadisələri ilə əlaqələndirərək ictimayətin diqqət mərkəzində olmasını təmin etmək incəsənətidir.
Təcrübədə "newjacking" belə görünür: dünyadakı hadisələri, xüsusən fəaliyyət sahənizlə əlaqəli hadisələri fəal şəkildə izləyir, ən uyğun olanını seçirsiniz və dərhal sosial şəbəkələrdə və ya bir korporativ bloqda buna kreativ reaksiya verirsiniz.
"newjacking" -də əsas qayda - vaxtında reaksiya. Terminin müəllifi David Mirman Scott "copywriting" üçün cəmi bir neçə saat vaxtınız olduğunu israr edir.