SEO şirkətlərinin kontent strategiyası

Rəqəmsal mühitdə yalnız yaxşı məhsul və ya xidmət təqdim etmək kifayət etmir. Potensial müştərinin sizi Google-da tapması, saytınıza daxil olması və brendinizə etibar etməsi üçün düzgün kontent strategiyası vacibdir. Xüsusilə SEO şirkətləri üçün kontent sadəcə bloq yazılarından ibarət deyil. Kontent strategiyası axtarış nəticələrində görünürlüyü artıran, auditoriyanın suallarına cavab verən və nəticədə biznesə müraciət gətirən sistemli yanaşmadır.

SEO kontent strategiyası nədir ?

SEO kontent strategiyası istifadəçilərin Google və digər axtarış sistemlərində etdiyi sorğular əsasında faydalı kontentin planlaşdırılması, hazırlanması və optimallaşdırılması prosesidir. Burada əsas məqsəd sadəcə müəyyən açar söz üzrə Google-da ilk sıralara çıxmaq deyil.Kontent istifadəçinin axtardığı məlumatı düzgün şəkildə təqdim etməli və onu növbəti addıma yönləndirməlidir.

Məsələn, istifadəçi “SEO xidməti nədir ?” yazırsa, ona birbaşa xidmət satmağa çalışmaq əvəzinə əvvəlcə SEO-nun necə işlədiyini, biznes üçün hansı üstünlükləri yaratdığını və nəticələrin hansı müddətdə əldə oluna biləcəyini izah etmək daha effektivdir.

Strategiya auditoriyanı anlamaqla başlayır

Kontent hazırlamazdan əvvəl biznesin kimə müraciət etdiyini müəyyənləşdirmək lazımdır. Potensial müştəri nə axtarır? Hansı problemlə qarşılaşır? SEO haqqında nə qədər məlumatlıdır? Hansı mərhələdə xidmət almağa hazır olur? Bu sualların cavabı kontentin həm mövzusunu, həm də üslubunu müəyyənləşdirir. SEO şirkətinin auditoriyası arasında SEO haqqında ilk dəfə araşdırma aparan sahibkar,saytının Google-da niyə görünmədiyini anlamağa çalışan biznes sahibi və artıq SEO xidməti almaq qərarına gəlmiş şirkət nümayəndəsi ola bilər. Bu auditoriyaların hər biri üçün eyni kontenti hazırlamaq düzgün yanaşma deyil.

Açar söz deyil, axtarış məqsədinə əsasdır

SEO strategiyasında açar söz araşdırması vacib mərhələdir. Lakin yalnız yüksək axtarış həcmi olan sözləri seçmək kifayət etmir. Əsas məsələ istifadəçinin həmin sözü niyə axtardığını anlamaqdır.Məsələn, “SEO nədir ?” sorğusu daha çox məlumat almaq məqsədi daşıyır. “SEO xidməti qiyməti” yazan istifadəçi isə artıq xidmət seçimində daha irəli mərhələdədir. Buna görə, kontent strategiyasında müxtəlif axtarış məqsədlərinə uyğun mövzular olmalıdır.

Kontent aşağıdakı istiqamətləri əhatə edə bilər;

1. SEO haqqında maarifləndirici məqalələr

2. Müştərlərin tez-tez verdiyi suallar

3. Xidmət və həll yollarını izah edən kontent

4. Real layihələr və nəticələr əsasında case study-lər

5. Sahə üzrə yeniliklər və dəyişikliklər

6. Müxtəlif SEO alətlərinin və metodlarının izahı

7. Biznes sahələrinə uyğun SEO tövsiyələri

 

SEO şirkətlərinin kontent strategiyası

Belə yanaşma saytın yalnız bir neçə kommersiya açar sözü üzrə deyil, daha geniş mövzularda görünməsinə imkan yaradır.

Kontent mövzu klasterləri üzrə qurulmalıdır

SEO şirkətləri üçün effektiv üsullardan biri kontenti bir-biri ilə əlaqəli mövzular ətrafında qurmaqdır. Məsələn, əsas mövzu “SEO xidməti”dirsə, onun ətrafında “texniki SEO nədir?” , on-page SEO nədir,  backlink nədir, SEO nəticələri nə qədər müddətə görünür və Google-da saytın mövqeyini necə artırmaq olar kimi ayrıca məqalələr hazırlamaq mümkündür. Bu məqalələr bir-biri ilə daxili linklər vasitəsilə əlaqələndirilir.

Nəticədə həm istifadəçi sayt daxilində daha çox faydalı məlumat əldə edir, həm də saytın müəyyən mövzu  üzrə daha sistemli informasiya bazası formalaşır.

Kontent yalnız Google üçün yazılmamalıdır

SEO üçün hazırlanmış mətnlərin ən böyük problemlərindən biri açar sözlərin həddindən artıq istifadəsidir.

İstifadəçiyə heç bir yeni məlumat verməyən, eyni fikirləri təkrarlayan və yalnız axtarış sisteminə uyğunlaşdırılmış mətn uzunmüddətli nəticə yaratmır. Kontent ilk növbədə insan üçün hazırlanmalıdır. Oxucu məqaləni bitirdikdən sonra sualının cavabını tapmalı, mövzu haqqında daha aydın təsəvvür  əldə etməli və həmin şirkətin sahə üzrə kompetensiyasını hiss etməlidir.Məhz buna görə SEO şirkətlərinin kontentində praktiki nümunələrə, real problemlərə, müqayisələrə və konkret həll yollarında üstünlük verilməlidir.

Case study kontenti etibar yaradır

SEO xidməti nəticəsi dərhal görünən xidmət deyil.Buna görə potensial müştərinin agentliyə etibar xüsusi  əhəmiyyət daşıyır. Real layihələr əsasında  hazırlanmış case study-lər burada effektiv kontent formatlarından biridir.Məsələn, müəyyən layihədə saytın başlanğıc vəziyyətini, görülən SEO işlərini və əldə edilən nəticələri göstərmək potensial müştəriyə xidmət prosesini daha aydın təqdim edir. Sadəcə “ SEO xidməti göstəririk” demək əvəzinə, görülən işin nəticəsini nümayiş etdirmək daha güclü kommunikasiya yaradır.

Köhnə kontent də daim yenilənməlidir

SEO kontent strategiyası məqaləni yayımlamaqla bitmir.İstifadəçi davranışları axtarış sorğuları rəqiblər və Google nəticələri zamanla dəyişir. Bun görə əvvəl yayımlanmış kontent mütəmadi şəkildə analiz edilməlidir.Mövqeyi zəifləyən məqalələr yenilənə, yeni məlumatlar əlavə oluna, başlıqlar dəyişdirilə və daxili link strukturu təkmilləşdirilə bilər. Bəzən yeni məqalə hazırlamaq əvəzinə artıq mövcud olan keyfiyyətli kontenti inkişaf etdirmək daha effektiv nəticə verir.

Kontentin nəticəsi ölçülməlidir

SEO kontentinin uğurunu yalnız Google-da tutduğu mövqeyə görə qiymətləndirmək düzgün deyil.Kontentin sayta gətirdiyi trafik istifadəçinin səhifədəki davranış, digər səhifələrə keçidlər, müraciətlər və konversiyalar da analiz edilməlidir. Çünki biznes üçün əsas məqsəd sadəcə trafik əldə etmək deyil. Doğru  auditoriyanı sayta gətirmək və həmin trafiki real biznes nəticəsinə çevirməkdir.

Güclü SEO kontenti uzunmüddətli investisiyadır

Düzgün hazırlanmış kontent strategiyası şirkətin Google-da görünürlüyünü artırmaqla yanaşı, brendin ekspert mövqeyini də gücləndirir.Burada əsas prinsip çox sayda məqalə yayımlamaq deyil. Auditoriyanın real ehtiyaclarına cavab verən, axtarış məqsədin uyğun və bir-biri ilə əlaqəli keyfiyyətli kontent sistemi yaratmaqdır. Sharaf Media olaraq SEO strategiyasını açar sözlərin yerləşdirilməsi kimi deyil, biznes məqsədləri, istifadəçi davranışı, texniki optimizasiya və kontentin birlikdə işlədiyi kompleks proses kimi qiymətləndiririk.

 

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
office@sharafmedia.az
info@sharafmedia.az