SMM strategiyası necə hazırlanmalıdır?  

SMM STRATEGIYASI, SMM, SHARAF MEDIA

SMM xidmətləri təklif edən şirkətlərin paketlərində, əsasən, SMM, yəni sosial media marketinq strategiyası da daxil olur.

Bu strategiya özündə nələri ehtiva edir?  

SMM xidmətləri təklif paketi hazırlanmamışdan öncə müştəri, fəaliyyəti, auditoriyası, məhsul, yaxud xidməti nəzərə alınır. SMM strategiyası da bu və digər nüanslardan asılıdır. Sadə bir fərq – reklamın paylaşılacağı sosial şəbəkə, auditoriyanın yaş aralığı, məhsulun qiyməti və.s kəskin dəyişikliklərə səbəb ola bilir.


SMM strategiyası hazırlayarkən bu qaydalara əməl edilməlidir: 

Hədəfinizi müəyyən edin: Bəzi şirkətlər və şəxslər ona görə SMM xidmətləri ilə maraqlanırlar ki, sosial media üzərindən öz imiclərini idarə edə bilsinlər. Onların məqsədi satış olmur. Ancaq SMM xidmətləri dedikdə əksər insanların ağlına satış gəlir. Qısası, siz də öz məqsədinizi müəyyən edin. SMM strategiyanız hansı hədəfə istiqamətlənib? Satış, yoxsa imicin idarə olunması?

Müəyyən etdiyiniz hədəflər bu özəlliklərə sahib olmalıdır:

Hədəf kütlənizi dəqiqləşdirin: Auditoriya demoqrafiya, yaş, cins, təhsil, ailə vəziyyəti və.s göstəricilərinə görə müxtəlif qruplara bölünür. Bu data SMM strategiyasının qurulması üçün çox mühümdür. Əgər SMM xidmətləri təklif edən agentliklər bu bilgilərlə işləməsələr, müştərinin reklama ayırdığı pul həba olar. Məsələn, siz subay birinin qrşısına körpə uşaq məhsulları çıxarsanız, yaxud tələbə olan birinə avtomobil sığortası reklamı göstərsəniz, bir müddət sonra külli miqdarda pul itirəcəksiniz.

Rəqiblərin analizi: SMM xidmətləri ilə bağlı demək olar ki, hər yazıda, məqalədə bu hissə qeyd olunur. Çünki bununla siz gələcək fəaliyyətinizin gedişatından az da olsa, xəbərdar olacaqsınız. Müştərilərin şirkətiniz, xidmət və məhsulunuza olan marağını öyrənəcəksiniz. Rəqiblərinizin müsbət və mənfi cəhətlərini araşdırdıqdan sonra o mənfilər sizdə də varsa, aradan qaldıracaqsınız. Həmçinin rəqib şirkətləri araşdırarkən öz mənfi və müsbət tərəfləriniz öyrəndikdən sonra SWOT analiz edərək üstün cəhətlərinizi möhkəmlədə bilərsiniz.

Post plan hazırlanması: Aylıq paylaşım mövzuları əvvəlcədən bilinməlidir. Xüsusən də bayram və matəm günləri, xüsusi günlər və.s Kampaniya və yarışlar qaydanı poza bilər.

Paylaşımlarda şirkətlə bağlı məlumatların (əlaqə vasitələri və ünvan) qeyd olunması sizi müştəriləriniz üçün daha əlçatan edəcək. Bundan başqa, həştəqlərdən istifadə etdikdə potensial müştəriləriniz tərəfindən “kəşf edilmək” şansınız artacaq. SMM xidmətləri ilə bağlı əlaqə saxladığınız SMM şirkətinin bunları icra etdiyindən əmin olun. “Sharaf Media” reklam agentliyi olaraq sadalananları nöqtəsinə qədər icra etdiyimiz üçün müştərilərimiz xidmətlərimizdən tam razıdırlar.

Unikal kontent hazırlayın: Aktiv olmağı, insanlarla əlaqə qurmağı, rəy və mesajlara operativ, dəqiq cavab verməyi unutmayın. İnsanlara maraqlı gələcək kontentlər, vizuallar, videoçarxlar hazırlayın. İnsanları cəlb edəcək postlara nələr daxildir:

Analiz edin, hesabat hazırlayın: Hər ay, hətta hər həftə analiz aparın. Reklamlarınıza, paylaşımlarınıza olan geridönüş gözlədiyiniz kimidirmi? Reklamınızın auditoriyası düzgün seçilibmi? Hansı mövzular insanların reaksiyasına səbəb olub? və.s.


Əgər məqaləmizdən sonra da mövzu ilə bağlı çətinlik çəkirsinizsə, SMM xidməti üçün 'Sharaf Media" reklam agentliyinə müraciət edin. Əməkdaşlarımız istədiyiniz nəticəni almağınızda sizə kömək edəcək..

Əhməd Rəcəbli 19A
Khalili Plaza, Baki
+994 70 491 07 07
+994 70 621 07 05
office@sharafmedia.az
info@sharafmedia.az