Bu gün brendləri rəqəmsal dünyada ayaqda tutan videolardır. Videolar artıq seçim yox, zərurətdir. Böyük brendlər, kiçik bizneslər, fərdi şəxslər sosial mediada müxtəlif kontendə videolar yaradırlar. Artıq videonun mövcudluğu yox, kontentinin fərqliliyi əsas üstünlükdür. Bu səbədən hər kəs necə fərqli, təsiredici video yarada biləcəklərini düşünürlər. Təsirli videolar sırasının başında production videolar durur. Production nədir? Production videolar necə ərsəyə gəlir?
Production xidməti geniş anlayışdır. Videolar, reklamlar, filmlər, seriallar, kliplər production xidmətinin nəticəsində ərsəyə gəlir. Production xidməti 3 mərhələyə bölünür: “Pre-production”, “Production”, “Post-prouction”. Gəlin bu mərhələrinin nədən ibarət olduğu ilə tanış olaq. Ancaq ondan öncə qeyd etməliyik ki, hər 3 mərhələnin öz əhəmiyyəti vardır. Hər mərhələ peşəkar icra olunmalıdır. Beləliklə biz keyfiyyətli production video əldə edə bilərik.
Pre-production
Pre-production mərhələsini biz hazırlıq mərhələsi kimi qeyd edə bilərik. Pre-production əsas mərhələdir. Bu mərhələdə bütün prosesin necə irəliləyəcəyi təyin olunur. Pre-production mərhələsində ssenari təyin olunur, çəkiliş məkanı seçilir, çəkilişdə iştirak edəcək aktyorlar müəyyənləşdirilir. Pre-production mərhələsində texniki proseslər də aydınlaşdırılır. Çəkiliş avadanlıqlarının yığılması, çəkiliş qrafiki, büdcə və.s bu mərhələyə aiddir.
Production
Production artıq planların həyata keçirildiyi mərhələdir. Bu mərhələdə komanda videonu çəkməyə başlayır. Kameralar qurulur, işıqlar hazırlanır, aktyorlar və ya çəkiliş qrupunun üzvləri müəyyən edilmiş plana uyğun olaraq işə başlayır. Production mərhələsində əsas məqsəd yüksək keyfiyyətli görüntülərin əldə edilməsidir. Bu zaman işıqlanma, kadraj, səs keyfiyyəti və digər texniki detallar nəzərə alınır. Çəkiliş komandası bu mərhələdə bütün ideyanı görüntüyə çevirmək üçün maksimum peşəkarlıqla çalışmalıdır.
Post-production
Post-production mərhələsi sonuncu mərhələdir. Artıq burda şəkilmiş videolar montaj edilir, səslər, effektlər əlavə olunur. Bütün işlər bu mərhələdə yekunlaşaraq, videonun son versiyası yaradılır.
Brendin tanınımasında əhəmiyyətli rol oynayır.
Production videolar daha çox insanın diqqətini cəlb edə bilir. Production videollar vahid ssenarilərlə hazırlandığına görə daha çox emosiya daşıyır. Bu da onun təsiredici qüvvəsini artırır.
İnsanlar hər gün yüzlərlə reklam ilə qarşılaşırlar. Lakin bu reklamlar arasında ən çox diqqət çəkən video kontentdir. Məhz bu səbəbdən, video reklamlar həm sosial mediada, həm də digər platformalarda ən effektli reklam vasitəsidir.
Brend dəyəri yaradır
Videoların gücü ondadır ki, onların bir hekayəsi olur. Bu hekayələr brendlə izləyici arasında duyğusal bağ yaradır. Beləliklə, brendlər insanlarda dəyər formalaşdırır. Bu da öz növbəsində insanlarda güvən yaradaraq satışları artırır
Axtarış sistemində öncəlik
Video kontent axtarış sistemlərində saytınızı önə çıxardır. Bu da traafikinizi artırır.
Bakıda production xidməti göstərən şirkətlər tapa bilərsiniz. Azerbaycanda yerləşən brendlər tez-tez production video xidmətinə baş vururlar.
Professional production video yaratmaq üçün güclü yaradıcı komanda lazımdır. Həm texniki, həm də yaradıcı bacarıqlar videonun uğurlu olmasında əsas faktorlardandır. İdeya yaratmaq, onu doğru planlamaq və yaradıcı formada ərsəyə gətirmək komandanın bacarıqlarına bağlıdır.
Avadanlıqlar keyfiyyətli video istehsalında mühüm rol oynayır. Yüksək keyfiyyətli kameralar, dronlar, işıqlandırma və səs avadanlıqları nəticəni daha peşəkar edir. Bakıda keyfiyyətli production video avadanlıqları tapmaq mümkündür.
İşin düzgün planlaşdırılması uğurlu videonun əsas şərtlərindən biridir. Hər bir detal nəzərə alınmalı və çəkiliş prosesində gözlənilməz problemləri həll etmək üçün qabaqcadan müəyyən olunmalıdır.
Texnologiya inkişaf etdikcə, video istehsalı və production xidmətləri də daim yenilənir və təkmilləşir. Süni intellekt, virtual reallıq video production dünyasına yeni nəfəs gətirir. Bu, brendlərin daha interaktiv və innovativ video kampaniyalar yaratmalarına imkan verir.
Production xidməti və production video marketinqin əsas tərkib hissəsidir. Keyfiyyətli video kontent yaratmaq brendin tanınmasını artırır, müştərilərlə emosional əlaqə qurur və biznesin uğurlu olmasına kömək edir. Peşəkar production xidmətlərindən istifadə etməklə, brendlər rəqabət apara bilir.
Dünyada olduğu kimi Azərbaycanda da demək olar bütün brendlər production videolardan istifadə edirlər.
Əgər sizin də brendinizin kreativ və peşəkar video kontentə ehtiyacı varsa, production xidməti göstərən komandamıza müraciət edə bilərsiniz. Yaradıcı komandamız kampaniya məqsədini hədəfləyən effektiv production video yaratmaqda sizə kömək olacaq. Sharaf Media olaraq bu günə qədər onlarla uğurlu production video layihəsinə öz imzamızı atmışıq. Növbəti uğurlu layihəmizin parçası olmaq üçün indi bizə müraciət edin.