Rəqəmsal reklam bazarında brendlər arasında rəqabət getdikcə artır.İstifadəçilər hər gün çoxsaylı reklamlarla qarşılaşdıqları üçün onların diqqətini cəlb etmək çətinləşir. YouTube Ads brendin məhsul və xidmətlərini video formatında təqdim etməsinə, doğru auditoriyaya çatmasına və rəqiblərdən fərqlənməsinə imkan verir.
YouTube Ads videodan əvvəl, video zamanı, axtarış nəticələrində və platformanın əsas səhifəsində göstərilən ödənişli reklamlarır. Bu reklamlar yaş, yerləşmə, maraq dairəsi və istifadəçi davranışları əsasında hədəflənə bilər. Video formatı görüntü, səs və hərəkəti birləşdirdiyi üçün brend mesajını auditoriyaya daha aydın və yaddaqalan formada çatdırır.

İstifadəçi reklamı keçə bildiyi üçün videonun ilk saniyələri vacibdir. Reklam maraqlı sualla, auditoriyanın problemi və ya məhsulun əsas üstünlüyü ilə başlamalıdır. Uzun girişlərdən və ümumi ifadələrdən istifadə etmək məsləhət görülmür.
Reklam müştərinin niyə məhz sizin brendinizi seçməli olduğunu izah etməlidir. Bu üstünlük məhsulun keyfiyyəti, qiyməti, zəmanəti, sürətli xidməti və ya fərqli funksiyası ola bilər.Bütün xüsusiyyətləri sadalamaq əvəzinə, auditoriya üçün ən vacib faydanı ön plana çıxarmaq daha faydalıdır.
Məhsulun necə işlədiyini, hansı problemi həll etdiyini və istifadəçiyə hansı nəticəni verdiyini göstərmək reklama olan etibarı artırır. Xidmət təqdim edən şirkətlər isə iş prosesini, görülən layihələri və nəticələri nümayiş etdirə bilərlər.
Yaxşı hazırlanmış reklam yanlış auditoriyaya göstərildikdə nəticəni verməyə bilər. Buna görə reklamın məhsulla maraqlana biləcək istifadəçilərə göstərilməsi vacibdir. Auditoriya yaş, şəhər, maraq dairəsi, axtarış mövzuları və izlədiyi videolar əsasında müəyyən edilə bilər.
Videoda istifadə olunan rənglər, şriftlər, musiqi, danışıq tərzi və vizuallar brend kimliyinə uyğun olmalıdır. Davamlı vizual üslub istifadəçinin reklamı daha tez tanımasına və yadda saxlamasına kömək edir.
Reklamın sonunda istifadəçiyə hansı addımı atmalı olduğu bildirilməlidir.
1. Sayta keçid edin
2. Məhsullarla tanış olun
3. İndi sifariş verin
4. Ətraflı məlumat alın
CTA qısa, aydın və reklamın məqsədinə uyğun olmalıdır.
YouTube Ads kampaniyası yayımlandıqdan sonra nəticələr mütəmadi olaraq izlənməlidir. Baxış sayı ilə yanaşı, istifadəçilərin videonu nə qədər izlədiyi, reklama klik edib-etmədiyi və hansı addımı atdığı da analiz olunmalıdır. Əsas göstəricilərə baxış müddəti, klik sayı, sayta keçidlər, müraciətlər və satışlar daxildir. Fərqli video başlanğıcları, reklam mesajları və CTA variantları test edilə bilər. Bu testlər hansı reklam formatının auditoriyaya daha yaxşı təsir etdiyini müəyyənləşdirməyə və reklam büdcəsini daha düzgün idarə etməyə kömək edir.
Uğurlu nəticə əldə etmək üçün yalnız keyfiyyətli video hazırlamaq kifayət etmir. Reklam ilk saniyələrdə diqqət çəkməli, məhsulun əsas üstünlüyünü aydın şəkildə göstərməli və doğru auditoriyaya təqdim olunmalıdır.
Brend üslubunun qorunması, konkret CTA-nın istifadəsi və nəticələrin davamlı analiz edilməsi kampaniyanın effektivliyini artırır.Düzgün planlaşdırılmış YouTube reklam strategiyası brend tanınmasını gücləndirməyə, sayta keçidləri artırmağa və daha çox potensial müştəri əldə etməyə kömək edir.
Brendinizin YouTubde- da daha çox görünməsi və doğru auditoriyaya çatması üçün reklam kampaniyanızı Sharaf Media ilə birlikdə qurun.