İnternetdə reklam

İnternetdə reklam dedikdə ağlınıza ilk sosial şəbəkələr və Google reklamları gələ bilər. Lakin innovasiyasının bizə yaratdığı şərait bundan qat-qat daha böyükdür.

Statistikaya görə, son illərdə bir çox ölkədə internetdə reklam üçün ayrılan xərclər, hətta Tv reklam xərclərini üstələyib. Çünki hər gün müasir insanın tələblərinə cavab verən məhsullar yaradılır. Bir an dayanıb düşündüyünüz zaman indi gün ərzində istifadə etdiyiniz məhsul və xidmətlər 20 il bundan əvvəl mövcud deyildi. Bu gün isə saysız hesabsız yeni məhsullar və istehlakçının diqqətini cəlb edə biləcək reklam kanalları var. Bir neçə il öncə mobil telefonlarda oynanıla bilən bu qədər çox video oyunlar mobil tətbiqlər yox idi. Lakin bu gün sonsuz sayda video oyunlar var. Bu oyunlar özləri də bir marka üçün reklam kanalıdır. Amma bu gün marketinq mütəxəssilərinin işləri ötən illərə nisbətən daha çətindir. İnternetdə reklamın şübhəsiz digər reklam kanalları ilə müqayisədə ən sərfəli və ən effektiv yol olduğunu bilən işinin “ustası” marketinq mütəxəssisi büdcəni xərcləmək üçün ən effektiv olan kanalı seçməlidir.

İnternetdə reklam

İnternetdə reklam

Axtarış saytları, sosial şəbəkələr, xəbər, əyləncə və digər yönümlü minlərlə sayt, mobil tətbiqlər və digər rəqəmsal platformalar var. Bunlardan marka üçün hansı reklam platformasına fokuslanmalı olduğunu bilmək özü də böyük “müdriklik” tələb edir.

Dəqiq hədəf kütləsinin müəyyən edilib, auditoriyanın nəzərdə tutulmuş internet plaformasına uyğunluğunun müəyyən edilməsi Sharaf Media komandasının fəaliyyətinə daxildir.

Seçim çoxdur, ancaq diqqətli olmalısınız. Minlərlə seçimin içərisində reklamınız düzgün yerdə və düzgün vaxt göstərilməlidir.

İnternetdə reklam üçün düzgün platformaların seçimində, büdcənin düzgün müəyyən edilməsi və bölüşdürülməsində, auditoriyanən təyin olunmasında Sharaf Media reklam agentliyinin təcrübəsinə güvənə bilərsiniz.

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance