3D video hazırlanması

3D video nədir

 

Yəqin ki, bir çoxlarınız 3D video adını eşitmisiniz. Ancaq bir çoxumuz bu videoların nə olduğunu bilmir. 3D video üçölçülü mühitdə hərəkətli görüntülərdən yaradılan animasiyalardır. 3D obyektləri və modelləri 360 dərəcə hərəkət etdirə bilə və istədiyiniz bucaqdan kompozisya yarada bilərsiniz. 3D video komputerdə xüsusi proqramlarla hazırlanır.

 

2D videolarda görüntülər sadəcə düzdür və bir perspektivdə dayanır. Ancaq 3D video real həyatda olduğu kimi daha realist, canlı və hərəkətlidir.

3D video hazırlanması

 

Bəs 3D video necə yaradılır?

 

Hər layihədə olduğu kimi 3D animasiya yaradarkən birinci ideya müəyyənləşdirilir. Düşündüyümüz ideyanı daha sonra hekayə formasına salırıq. Hər animasiya əslində bir hekayəni anlatmalıdır. Düşünülmüş hekayə sonrakı mərhələdə “story board” formasına salınır. Story board hekayənin təxmini təsviri edərək, ümumi animasiyanın gedişinin necə olacağını əks etdidirir.

 

Daha sonra bizi modelləşdirmə mərhələsi qarşılayır.

Modelləşdirmə 3D animasiyanın əsas təməlidir. Bu mərhələdə animasiyanın  personajları və obyektləri yaradılır.

3D modelləşdirmə Autodesk Maya, 3ds Max, Blender, After Effects kimi geniş yayılmış proqramlarda hazırlanır.

 

Növbəti mərhələdə simvolların və obyektlərin əsas formaları yaradılır. Bu mərhələdə detallar əlavə edilir və obyektlər tam reallaşdırılır.

Bundan sonra personajın hərəkət edə bilməsi skelet yaradılır. Skelet personajın 360 dərəcə hərəkətini təmin edir.

 

Daha sonra ara kadrlar, obyektlərin canlandırlması, görüntüyə şəffaflıq qatmaq kimi işlər görülür.

 

Ən sonda bizi render prosesi gözləyir. Render animasiyanın son versiyasını yaradaraq onu yaddaşda saxlayır.

 

 

3D video hansı proqramlarda hazırlanır?

 

Modelləşdirmə Autodesk Maya, Blender,  3ds Max, After Effects kimi geniş yayılmış proqramlarda hazırlanır.

 

Autodesk Maya - Autodesk Maya yüksək keyfiyyətli ilə seçilən 3D qrafika yaratmaq üçün ən populyar proqramlardan biridir. O mürəkkəb qrafiklər, rəngli animasiyalar xüsusi effektlər yaratmaq üçün əlverişli alətlər təqdim edir. Həmçinin, bu proqraml müxtəlif proqramlarda hazırlanmış layihələri də dəstəkləyərək üstündə işləmək imkanı yaradır.

 

Blender - 3D animasiya yaratmaq üçün istifadə ən çox istifadə olunan gclü proqramlardan biridir. Bu proqram ilk dəfə 1998 -ci ildə istifadəyə verilmişdir. Bu gün də o daim yenilənir və istifadəçilər tərəfindən sevilir.

 

3ds Max, After Effects də müxtəlif əyləncəli, mürəkkəb animasiyalar yaratmaq üçün alətlər təklif edən populyar proqramlardandır.

 

Azərbaycanda 3D video animasiya sahəsi geniş inkişaf etmişdir. Bu işi bacaran bacarıqlı dizaynerlərimiz mövcuddur. Azərbaycanda bu işi görən şəxslərin əməkhaqqları da kifayət qədər yüksəkdir. Bu əməkhaqqılar 2000 - 2500 manat arası dəyişir.

 

3D animasiyanın marketinqdə yeri

 

Günümüzdə, markaların əsas hədəfi fərqlilik edib yadda qalmaqdır. Bunun üçün bir çox vizual həllərə yönəlirlər. Bunlardan biri məhz 3D videolardır. 3D videoların strateji üstünlükləri çoxdur. 3D video brendinizi həmişə rəqiblərdən fərqləndirəcək.

 

1. Yaddaqalandır: 3D videolar diqqət çəkərək, izləyiclərdə yadda qalan təsir buraxır.Statik görüntülərdən fərqli olaraq markanın mesajını güclü şəkildə ötürə bilir. Müxtəlif rəngli simvollar və qrafikalarla zənginləşdirilmiş animasiyalar brendinizi daha unikal edir. 

 

2. Sadədir: qarışıq görüntülərdən fərqli olaraq 3D video sadə və aydındır. Xidmət və ya məhsul barədə birbaşa mesaj ötürərək satışları asanlaşdırır. Yaxşı hazırlanmış 3D videolar məhsul və ya xidmətinizi effektiv şəkildə reklam edə bilir. Məhsulun necə istifadə ediləcəyini əks etdirən animasiyalar potenisial müştəriləri satın almaya təşviq edir.

 

3. Brend dəyəri yaradır: 3D animasiyalar brendin imicini və dəyərlərini əks etdirmək üçün güclü vasitədir. 3D animasiyalar vasitəsilə izləyicilər markayla emosional bağ qururlar.

 

4. Tanınırlıq yaradır: sosial mediada tanınmağın əsas yolu unikal və maraqlı məzmun yaratmaqdır. 3D video maraqla qarşılandığı üçün izləyicilər bu videoları öz aralarında bölüşməyə həvəsli olurlar. Beləliklə, marka daha böyük kütləyə çata bilir.

 

3D animasiyalar satışlarınızı gücləndirmək və brendinizi hədəf kütlənizə daha effektiv şəkildə təqdim etməyin üçün müasir və dinamik yoludur. 3D animasiyalardan istifadə etməklə markanızı rəqiblərinizdən fərqləndirən və müştəri bazanızı genişləndirən üstünlük qazana bilərsiniz. Yüksək keyfiyyətli 3D animasiyalar Sharaf Media reklam agentliyinə müraciət edə bilərsiniz. Keyfiyyətimiz və kreativliyimizin brendinizi bir addım önə aparacaq.

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance