Sosial medianın inkişafı ilə birlikdə bloqerlərlə əməkdaşlıq brendlərin marketinq strategiyalarında geniş istifadə olunan üsullardan birinə çevrilib. Xüsusilə Instagram, TikTok və digər sosial media platformalarında böyük auditoriyaya sahib olan bloqerlər məhsul və xidmətin daha geniş kütləyə çatdırılmasına kömək edə bilirlər. Lakin bloqerlərlə əməkdaşlıq etmək yalnız məhsulu göndərmək və paylaşım gözləməkdən ibarət deyil. Düzgün bloqer seçilməməsi, kampaniya məqsədinin əvvəlcədən müəyyənləşdirilməməsi, auditoriyanın nəzərə alınmaması və əməkdaşlıq şərtlərinin aydınlaşdırılmaması gözlənilən nəticənin əldə olunmasına mane ola bilər.
Xüsusilə Azərbaycanda influencer marketinq sahəsinin inkişaf etdiyi bir dövrdə brendlərin bloqerlərlə əməkdaşlığa daha strateji yanaşması vacibdir. Bakı bazarında müxtəlif sahələr üzrə fəaliyyət göstərən çoxsaylı bloqerlərin olması seçim imkanlarını artırsa da, bu seçim prosesini daha diqqətli etməyi tələb edir.
Bloqerlərlə əməkdaşlıq brendin məhsul və ya xidmətinin bloqerin öz auditoriyasına təqdim edilməsi məqsədilə həyata keçirilən marketinq fəaliyyətidir.
Əməkdaşlıq müxtəlif formalarda ola bilər:
1. Ödənişli reklam paylaşımı
2. Məhsul qarşılığında paylaşım
3. Story reklamları
4. Uzunmüddətlli brend əməkdaşlığı
5. Kampaniya və tədbirlərdə iştirak
Əməkdaşlığın formatı brendin məqsədinə, büdcəsinə, məhsulun xüsusiyyətlərinə və seçilən bloqerin auditoriyasına uyğun müəyyən edilməlidir.
1. Yalnız izləyici sayına əsasən bloqer seçmək - ən çox edilən səhvlərdən biri yalnız follower sayına baxmaqdır. Məsələn, 300 min izləyicisi olan bloqerin auditoriyası brendin məhsulu ilə maraqlanmaya bilər. Digər tərəfdən, daha az izləyiciyə sahib olan bir mikro-influencer daha yüksək engagement və daha uyğun auditoriya göstərə bilər.
2. Auditoriyanın brendə uyğunluğunu yoxlamamaq - uyğunluq olmadığı təqdirdə reklamın effektivliyi aşağı düşə bilər. Bloqerlə işləməzdən əvvəl onun auditoriyasının yaş qrupu, maraqları, yerləşdiyi region və davranış xüsusiyyətləri nəzərə alınmalıdır.
3. Bloqerə həddindən artıq sərt kreativ çərçivə vermək - auditoriya bloqerin gündəlik danışıq üslubuna öyrəşdiyi üçün reklam həmin üsluba uyğun hazırlandıqda daha səmimi qəbul edilə bilər.
4. Yalnız baxış sayını nəticə kimi qəbul etmək - əgər məqsəd brend tanınırlığıdırsa, reach, impressions və video views daha uyğun KPI-lar ola bilər.
5.Uzunmüddətli əməkdaşlığı nəzərə almamaq - izləyici bir bloqerin eyni brendlə mütəmadi və təbii şəkildə əməkdaşlıq etdiyini gördükdə məhsula olan etibar da arta bilər. Uyğun bloqerlərlə birdəfəlik reklam əvəzinə uzunmüddətli influencer əməkdaşlığı modeli də nəzərdən keçirilə bilər.

Mikro-influencerlər adətən daha kiçik, lakin daha spesifik auditoriyaya sahib olurlar. Onların auditoriyası ilə münasibət daha yaxın ola bilər və müəyyən mövzularda daha yüksək engagement göstəricilərinə sahib ola bilərlər. Məsələn, Bakıda müəyyən bir məhsul və ya xidmət üçün yerli auditoriyaya sahib mikro-influencer, böyük auditoriyası olsa da, əsasən başqa regionlardan izləyiciləri ola bloqerdən daha uyğun seçim ola bilər. Lakin mikro və makro-influencer arasında seçim edərkən əsas meyar yalnız izləyici sayı deyil, kampaniyanın məqsədi olmalıdır.
Kampaniyanın nəticələrini ölçmək üçün əvvəlcədən uyğun KPI-lar müəyyən edilməlidir.
Əsas göstəricilər arasında:
1. Reach
2. Impressions
3. Video views
4. Engagement rate
5. Satış sayı
yer ala bilər.
Məsələn, məqsəd satış yaratmaqdırsa, promo kod və ya xüsusi link vasitəsilə hansı bloqerin daha çox nəticə gətirdiyini ölçmək mümkündür.
Universal olaraq bir göstərici seçmək düzgün deyil. Follower sayı ilə yanaşı engagement rate, auditoriya uyğunluğu, baxışlar və əvvəlki əməkdaşlıqların nəticələri də nəzərə alınmalıdır.
Xeyr. Böyük auditoriya yüksək nəticəyə zəmanət vermir. Bəzən daha kiçik, lakin brendin hədəf auditoriyasına uyğun auditoriyaya sahib olan bloqer daha effektiv nəticə yarada bilər.
Bu, əməkdaşlığın formatından və tərəflər arasında razılaşmadan asılıdır. Ödənişli reklam, məhsul qarşılığında əməkdaşlıq və digər modellər tətbiq oluna bilər.
Kampaniyanın məqsədindən asılı olaraq reach, engagement, link clicks, website traffic, promo code istifadəsi və satış kimi göstəricilər izlənə bilər.
Bəli, əsas brend mesajı və məcburi tələblər qorunmaq şərtilə bloqerin öz üslubundan istifadə etməsinə imkan vermək kontentin daha təbii görünməsinə kömək edə bilər. Bloqerlərlə əməkdaşlıq düzgün qurulduqda brendin tanınmasına, yeni auditoriyaya çatmasına və satışların artırılmasına dəstək ola bilər. Lakin nəticənin uğurlu olması yalnız tanınmış bloqer seçməklə mümkün deyil.
Düzgün influencer seçimi, auditoriya uyğunluğu, aydın kampaniya məqsədi, düzgün kommunikasiya, əvvəlcədən razılaşdırılmış əməkdaşlıq şərtləri və nəticələrin ölçülməsi prosesin əsas hissələridir.
Ən effektiv yanaşma bloqeri sadəcə reklam yerləşdirən şəxs kimi deyil, brendin kommunikasiya strategiyasının bir hissəsi kimi qiymətləndirməkdir. Düzgün seçilmiş influencer və düzgün qurulmuş əməkdaşlıq brend üçün uzunmüddətli və ölçülə bilən nəticələr yarada bilər.