Loqo tipləri

Logo yaradılması zamanı edilən xırda dəyişiklik şirkəti vəzir də edər, rəzil də. Rəzil olmamaq üçün öncəliklə bəzi təməl bilgilərə sahib olmaq lazımdır. Bu, logo yaradılması ilə bağlı hansısa agentliyə, yaxud dizaynerə aldanmamaq üçün də gərəklidir.

 

Loqo bir ideyanı, təşkilatı, şirkəti təmsil edən predmetdir. Eyni zamanda, loqolar şirkətin fəaliyyəti ilə bağlı müəyyən fikir yarada bilməlidir. Bəzən şirkətin məhsul, yaxud xidmətləri dünyaca məşhurlaşdıqda onların özlərini ifadə etmələri üçün izahedici, yaxud şirkətin fəaliyyətini açıqlayan loqoya ehtiyacları olmur. Çünki artıq onları milyonlar tanıyır. Nəticədə sonrakı mərhələlərdə loqolarını dəyişməyə ehtiyac duyurlar. “Apple” şirkətinin ilk və son loqolarına baxdıqda bunu rahatlıqla müşahidə edə bilirik.

 

                                              

 

 

 

 

 

 

 

Buna görə də şirkət logo yaradılması üçün əməkdaşlıq etdiyi agentlik, yaxud dizaynerə fəaliyyəti, xidmət və məhsulları ilə bağlı ətraflı informasiya verməlidir.

 

Logo yaradılması vaxtı diqqət edilməsi zəruri olan digər nüans loqonun hər cür görüntü və məhsula uyğun ola bilməsidir. Məsələn, müxtəlif çap məhsulları, geyimlər, fincanlar, qablar, qələmlər və.s. Bununla yanaşı, loqonun ağ və qara rənglərinin necə göründüyü də bilinməlidir. Loqo brendinqin əsas hissəsidir və uzun illər dəyişilməz qalır. Hətta onu şirkətin “Korporativ vəsiqə şəkli” də adlandıra bilərik. O səbəbdən “Gec olsun, güc olmasın” deyərək bu prosesi geniş araşdırma daxilində və diqqətlə həyata keçirmək lazımdır. Əks halda, daha sonra problemlərdə təzahür edəcək. Xüsusilə də loqonuz başqa bir qurumun loqosuna oxşadığında dərhal “Copy-paste” damğası vurulacaq.

 

Logo yaradılması prosesində ölçüyə də diqqət etmək vacibdir. Loqo kiçildikdə necə görünür, daxilində hərflər varsa, oxunurmu? Böyüdüldükdə dağınıq görsənirmi? Bu məsələlərin narahatlıq yaratmaması üçün logo yaradılması zamanı loqo mütləq vektor bazlı olmalıdır.

Loqoların hazırlanması üçün daha çox bilinən və istifadə olunan 7 tip mövcuddur:

 

1. Monoqram loqolar (Qısaltmalar)

 

 

2. Söz işarələri, yaxud loqotiplər

 

 

3. Şəkilli işarələr, yaxud simvollar 

 

 

4. Abstrakt loqolar

 

 

 5. Maskot loqolar 

 

 

6. Kombinasiya işarələri 

 

 

7. Emblem loqolar

 

 

Loqo hazırlanması üçün min dərədən su götürməyinizə ehtiyac yoxdur. “Sharaf Media” reklam agentliyinə müraciət edin, o suyu istədiyiniz rəng və formada sizə təqdim edək.

 

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance