Led monitorlarda reklam

 

Bu gün reklam sferasında Led monitorlarda reklam mühüm yer tutur. Led monitor reklamı effektiv vasitələrdən birinə çevrilib. Həm qapılı məkanlarda,  həm də açıq havada istifadə edilən Led ekranlar canlı rəngləri və diqqəti cəlb edən görüntü keyfiyyəti markanın tanınmasında böyük təsir verir.

Bəs, Led monitorlarda reklamın əhəmiyyəti nədir və bu reklam formatında necə istifadə etmək olar?

Led monitorlarda reklamın üstünlükləri

Keyfiyyətli vizual

Led monitorlar parlaq rəngləri və görüntü keyfiyyəti sayəsində daha çox diqqət çəkən vasitəyə çevrilir. Brendlər, xüsusilə böyük şəhərlərdə, ticarət mərkəzlərində və izdihamlı küçələrdə, meydanlarda Led ekranlardan istifadə edərək milyonlarla insana çata bilir. Görüntünün aydınlığı və parlaqlığı mesajın dəqiq çatdırılmasını təmin edir.

Yenilənmə

Led monitorlar məzmunun asanlıqla dəyişdirilməsinə imkan verir. Ənənəvi çap reklamlarından fərqli olaraq, kampaniya mesajı və ya tanıtım müddəti bitdikdə məzmun dərhal yenilənə bilər. Bu, vaxta qənaət edir və reklam xərclərini azaldır.

Dinamik məzmun

Hərəkətli şəkillər statik reklamlardan daha çox diqqəti cəlb edir. Led ekranlar animasiya məzmunu və ya videoları göstərmə imkan verir. Bu, hədəf kütlənin diqqətini cəlb etmək və mesajı yaddaqalan etmək baxımından böyük üstünlükdür.

Çox yönlülük

Led monitorlardakı reklamlar yalnız açıq havada deyil, həm də mağazalar və ya alış-veriş mərkəzləri  kimi qapalı yerlərdə də istifadə edilə bilər. Bundan əlavə, Led monitorların ölçüləri və formaları istədiyiniz yerə uyğunlaşdırıla bilər.

 

Led monitorlarda reklam

Led monitorların istifadə məkanları

 

Ticarət mərkəzləri və mağazalar

Alış-veriş mərkəzləri Led monitorlar üçün ideal məkandır. Xüsusən də mağaza vitrinlərində istifadə edildikdə potensial müştərilərin diqqətini cəlb etmək üçün güclü təsir yaradır.

Stadionlar və idman Salonları

Böyük idman tədbirlərində istifadə olunan Led monitorlar geniş auditoriyaya çatmaq üçün əla imkan yaradır. Nəhəng Led monitorlar, xüsusən də stadionların ətrafında minlərlə insana reklamları görməyə şərait yaradır.

Xarici reklam

Şəhər mərkəzlərindəki Led monitor lövhələri bu reklam növünün ən effektli olduğu məkandır. Hərəkətli və parlaq görüntülər sürücülərin, piyadaların və ya ictimai nəqliyyatdan istifadə edən insanların diqqətini cəlb edərək, brend tanınırlığını artırır.

 

Monitorda reklam

Led monitorlar ilə necə effektli reklam kampaniyaları yaratmaq olar?

Hədəf auditoriyanızı tanıyın 

Led ekranlarda effektiv reklam kampaniyası yaratmaq üçün ilk addım hədəf auditoriyanızı düzgün təhlil etməkdir. Kimin diqqətini cəlb etmək istədiyinizi və hansı mesajın bu auditoriyaya daha çox təsir edəcəyi müəyyənləşdirməlidir.

Doğru zaman və yer

Reklamınızın harada və nə vaxt görünməsi onun uğurunda böyük rol oynayır. Pik saatlarda insanların sıx olduğu yerlərdə nümayiş etdirilən reklam mesajınızın daha çox insan tərəfindən görülməsini təmin edəcək. Bundan əlavə, Led monitorların strateji olaraq yerləşdirildiyi ərazilərdə reklamın aparılması brendinizin tanıtımını daha effektiv edir.

Yaradıcı və dinamik məzmun istehsal edin

Statik reklamlar yerinə hərəkətli şəkillər və ya videolardan istifadə etməklə daha çox diqqəti cəlb edə bilərsiniz. Led monitorlardakı rənglər və animasiyalar reklamı daha da fərqləndirir. Buna görə də, kreativ və göz oxşayan məzmun hazırlamaq kampaniyanızın uğurunu artırır.

Daimi yeniləmələr və qarşılıqlı əlaqə

Led monitorlarda reklam kampaniyası həyata keçirərkən məzmununuzu mütəmadi olaraq yeniləmək vacibdir. Eyni reklamı uzun müddət ekranda saxlamaq insanların diqqətini çəkməyə bilər.

Led reklamlarının gələcəyi

Texnologiyanın inkişafı ilə Led monitorlar reklamda daha çox əhəmiyyət qazanmağa davam edəcək. Xüsusilə interaktiv ekranların yayılması ilə istehlakçıların reklamlarla qarşılıqlı əlaqədə ola biləcəyi yeni bir dövr başlayır. Toxunma ekranları, QR kodları və ya NFC texnologiyası ilə istehlakçılar ekrandakı reklamlarla birbaşa əlaqə saxlaya biləcəklər.

 

Led monitorlarda reklam bu gün ən təsirli rəqəmsal reklam üsullarından biridir. Yüksək görüntü keyfiyyəti, dinamik məzmun yaratmaq imkanı təqdim edən bu reklam növü, markaların hədəf auditoriyalarına daha yaradıcı və yaddaqalan mesajlar çatdırmasına imkan verir. Reklam dünyasında fərq yaratmaq istəyən brendlər üçün Led ekranlar həm qapılı, həm də açıq havada güclü ünsiyyət vasitəsi kimi seçilir.

 

Brendiniz üçün yüksək əhəmiyyət təşkil edən Led monitor reklamları üçün agentliyimizə müraciət edə bilərsiniz. Reklam kampaniyalarında böyük iz qoyan Sharaf Media komandası sizin üçün kreativ və təsirli Led monitor reklam kapmaniyası yaratmağa hazırdır. Brendinizi peşəkarları əmanət edin!

Sharaf Media
Baku, Azerbaijan, Azure Business Center, 10th floor
+994 70 491 07 07
+994 50 539 09 39
office@sharafmedia.az
info@sharafmedia.az
FacebookInstagramViberBehance