Facebook reklamları nədir?
Facebook reklamları marka və brendlərin öz paylaşımlarını daha çox insanla bölüşmək, həmin insanları facebook səhifələrindən alış etməyə yönləndirmək üçün “ads manager” adlanan reklam menecerindən istifadə edirlər. Facebook bu özəlliyi sayəsində təkcə öz platformasında deyil, eyni zamanda instagram üzərindən edilən paylaşımları da, reklam etmək imkanı qazandırır. Facebookdan reklam etmək biznesə böyük miqdarda gəlir qazandıra bilər. Kiçik, orta və böyük olmasından fərqli olmayaraq reklamlar vasitəsilə brendin tanıdılması, böyük auditoriyalara təqdim olunması və eyni zamanda ciddi şəkildə satış gəlirlərinin qazanılması üçün bütün dünya şirkətləri tərəfindən istifadə olunur. Bu verilən reklamların biznesinizə təsirini, gəlirlərin artırılması üçün lazım olan komponentləri bu blog vasitəsilə öyrənmə imkanı əldə edə bilərsiniz.
Reklam menecerinin faydaları nələrdir?
Meta biznes menecer vasitəsilə akiv sosial şəbəkə istifadəçilərindən trafik əldə etmək üçün ən effektiv yoldur. Trafik dedikdə sizin sosial media hesablarınıza gələn insanların axını nəzərdə tutulur ki, bu da öz növbəsində sizin bazarda tanınmağınıza və satışlarınızın artmasına gətirib çıxarır. 2022-ci ilin birinci rübü ərzində Facebook gündəlik 1,96 milyard aktiv istifadəçisi olduğunu bildirdi. Ən
böyük sosial media şəbəkələrindən biridir. Datareportal-a əsasən Azərbaycanda 1.6 milyon facebook və 4.5 milyon insan isə instagram izləyicisidir. Bu, sizə eyni anda 6.1 milyon insana öz məhsulunuzu çatdırmağa imkan verir ki, bu da ölkə əhalisinin yarısından çox olan bir göstəricidir. Instagram-ın mağaza ünvanına diqqət yetirən ən son yeniləmələri ilə iki platformanın birləşməsi brendinizin saysız-hesabsız istifadəçi tərəfindən görülməsinə imkan verir. Beləliklə, əgər Facebook reklamlarına sərmayə qoymağın lazım olub-olmaması ilə bağlı ağlınızda sual varsa, Facebook reklamına sərmayə qoymağa davam edən marketoloqlara etibar edin. Google-un rəsmi partnyoru olan Sharaf media bu sahədə kifayət qədər təcrübəsi olan marketoloqları ilə sizə bu xidməti göstərə bilər.
FACEBOOK-DA REKLAM
Digər reklam kanallarından üstündürmü?
Ənənəvi reklam kanalları ilə müqayisədə Facebook-da reklam xeyli ucuz və sərfəlidir. Radioda, reklam lövhələrində, xəbər bülletenlərində, hətta televiziyada reklam verərək kifayət qədər ciddi məbləğlər xərcləməyinizə baxmayaraq effektiv nəticəni əldə edə bilmirsiniz. Məsələ burasındadır ki, sizin reklamınızı kimin görəcəyinə və onların potensial müştərilər olub-olmamasına nəzarət etmə şansınız yoxdur. (hətta kampaniyalarınızın nəticələrini ölçə bilmədiyinizdən danışmırıq). Facebook reklamları vasitəsilə isə 10 dollarlıq büdcə ilə kampaniyanızı
başlatdığınız gün 1000 insana çata bilərsiniz. Ən yaxşı tərəfi bundan ibarətdir ki, çatmaq istədiyiniz dəqiq auditoriyanı müəyyən edə bilisiniz. Beləliklə, kiçik biznesiniz olsa belə, Facebook reklam kampaniyaları ilə büdcənizi çox istifadə etmədən dərhal potensial müştərilərinizə çata bilərsiniz.
Hər hansı bir marketoloqun əsas sualı budur ki, mən xərclədiyin pul qarşılığında nə qədər dəyər əldə edə bilərəm? Facebook-un reklam şəbəkəsində reklamın ən böyük üstünlüklərindən biri nəticələri izləmək və ölçmək asanlığıdır. Facebook Reklamlarınızın performansını izləmək var. Bu da sizə bizdən hər ay sonunda hesabat tələb etmə şansı verir ki, nə qədər xərclədiyinizi və qazandığınızı öyrənmə şansı qazanasınız.
Səhifəmin izləyicilərini reklam vasitəsilə artıra bilərəm?
Facebook reklam kampaniyalarını həyata keçirmək təkcə veb saytınızın trafikini artırmaq məqsədi daşımır. Onlar faktiki olaraq sizin Facebook səhifənizin izləyicilərinin sayına dolayı yolla təsir göstərir. Facebook-da nə qədər çox izləyici bazası varsa, onların qaşısında bir o qədər çox görünürlük qazanacaqsınız. Ödənişli kampaniyalara əlavə olaraq, bir sıra kampaniyalardan istifadə edərək lazımi gəlirləri Facebook marketinqindən qazana bilərsiniz. Facebook reklam kampaniyalarının səhifənizə təsirini artırır, bununla yanaşı veb saytınızında məşhurlaşaraq geniş izləyici kütləsinə çatmasına imkan verir. Bu da, faktiki olaraq sizin brend məhsulunuzun izləyicilərinin sayına təsir göstərir. Facebook-da nə qədər çox izləyici bazası varsa, səhifə yazılarınızda bir o qədər çox görünürlük qazandırır.
Facebook reklamlarının ən üstün sayıla biləcək faydaları nələrdir?
Ən çox soruşulan suallar arasında izləyicilər ən üstün faydalar haqqında məlumat almaq istəyirlər ki, Sharaf Media olaraq 6 ən üstün faydanı sizlərlər bölüşürük:
1. Facebook reklam platforması analitikası - Facebook sizə reklamlarınızın performansı haqqında hesabat və analitik təqdim edərkən heç bir məhdudiyyət qoymur. Heç vaxt nəyin işlədiyini və nəyin olmadığını təxmin etmək və ya öz fərziyyələriniz etmək məcburiyyətində olmayacaqsınız. Dönüşüm xərclərinizi və digər sosial metriklərinizi müəyyən etmək əvəzinə, onların reklam menecerində sizin üçün səliqəli şəkildə tərtib edildiyini görəcəksiniz. Sizə lazım olan tək şey onları təhlil etmək və növbəti addımınızı müəyyən etməkdir. Həftəlik çatdığınız insan sayı, post, səhifə bəyənmələri və hansı yazıların ən yaxşı performansa malik olduğu barədə göstəricilər sizə təqdim olunur. Amma bununla da bitmir ki, kliklər, dönüşümlər və hətta satışlar kimi şeylər haqqında məlumat əldə edə bilirsiniz. Bu məlumatı görməklə, sərmayənizin boş olduğunu təxmin etmək və ya sonradan öyrənmək əvəzinə, reklamlarınızı lazım olana əsasən tənzimləyə bilərsiniz. Unutmayın ki, nəyisə izləyə və ölçə bilmirsinizsə, onun işlədiyini və ya necə inkişaf etdirə biləcəyinizi bilməyəcəksiniz. Reklamlarınızın gedişatını izləmək və ölçmək üçün Facebook sizə şans verir.
2. Xüsusi məqsədinizə uyğun reklamlar yarada bilərsiniz - Facebook-da reklam yaratmaq aktı platforma tərəfindən sadələşdirilir. O, sizə reklam növünü seçməyə, auditoriyanızı hədəfləməyə, vaxt çərçivəsi və büdcənizi təyin etməyə imkan verən addımlar vasitəsilə sizə rəhbərlik edir. Bundan əlavə, reklam tam olaraq nəyə nail olmaq istədiyinizə əsasən fərdiləşdirilə bilər. Facebook bunları “məqsədlər” adlandırır. Post, veb sayt klikləri, səhifə bəyənmələri və ya tamamilə başqa bir şey istəsəniz, bunun əsasında bir reklam yarada bilərik. Bu, yaratdığımız reklamı daha yaxşı idarə etməyə imkan verir. O, həmçinin Facebook-a sizə mümkün olan ən yaxşı nəticələri təqdim etmək üçün reklamımızı necə optimallaşdırması lazım olduğunu izah edir. Reklam fərdiləşdirilə bilən olduğundan, daha yaxşı cavab vermək üçün markanızı və hədəf auditoriyanızı əks etdirəcək bir şey yarada bilərik.
3. Siz orqanik postlarla daha çox insana çatacaqsınız - Bir iş səhifəsi işlədirsinizsə, izləyicilərinizin yalnız ən kiçik hissəsinin yazdıqlarınızı gördüyünü bilirsiniz. Son bir neçə il ərzində Facebook biznes səhifələrinin xəbər lentlərində görünməsini azaldır - hər yerdə biznes sahibləri üçün aresiv bir alqoritm yeniləməsi gətirib. Hətta Mark Zukerberq də təsdiqlədi ki, onlar daha tez-tez dostlardan və ailədən gələn yazılara üstünlük verəcəklər, bununla da biznes səhifələrimizi arxa plana keçirəcəklər. Əgər Facebook-dan hər hansı bir şəkildə marketinq üçün istifadə edəcəksinizsə, potensial
istehlakçılarınızın biznesiniz haqqında bilməsini istəyirsinizsə, reklamlardan istifadə etməlisiniz. Böyük bir büdcəyə ehtiyacınız yoxdur, ancaq yenə də büdcəyə ehtiyacınız var. Facebook reklamları sizə çoxlu pul qazandırır və onları necə hədəfləyib yaratmağı da Sharaf mediaya həvalə etsəz, görəcəyiniz gəlir hər bir qəpiyə dəyər.
4. Reklamlar sizin loyal müştərilərinizə yenidən marketinq imkanı verir - Remarketinq hədəf auditoriyanıza çatmağın başqa bir yoludur, çünki keçmişdə veb saytınızı ziyarət etmiş istifadəçilər
reklamınızı görəcəklər. İnsanlar biznesinizi Facebook-da və ya veb saytınızda ilk dəfə görəndə, yəqin ki, ona nəzər salır. Bir marağa səbəb olsanız belə, səhifəni ziayrət etmirlər. Bunun səbəbi sizi
tanımamaqları və sizə güvənmək üçün heç bir səbəblərinin olmamasıdır. Gələcəkdə onlar sizin reklamınızı yenidən görsələr, bu, həmin insanları çevirmək üçün sizə daha yüksək şans verir. İnsanlar hərəkətə keçməzdən əvvəl markanızı üç-yeddi dəfə görməlidirlər.
5. Siz facebook reklamları ilə yeni insanları asanlıqla tapa bilərsiniz - Tez-tez səhifənizi izləyən auditoriyanızı tapdıqdan sonra Facebook-un “oxşayan auditoriyası”nı istifadə edərək, biz sizi sevəcək yeni müştərilər tapa bilərik. Bu xüsusiyyət sizə fərdi auditoriya götürməyə və sizdən satın alma ehtimalı yüksək olan oxşar insanları tapmaq üçün Facebook-dan istifadə etməyə imkan verir.
Sharaf Media reklam agentliyi illərdir Facebookda və digər sosial şəbəkələrdə markaları düzgün zamanda, düzgün yerdə sizin markanı potensial müştərilərin qarşısına çıxarmaq üçün çalışır.